Qiyasəddin Cahangir mirzə

Qiyasəddin Cahangir mirzə (1356 və ya 13551376, Səmərqənd) — Əmir Teymurun böyük oğlu.

Qiyasəddin Cahangir mirzə
Doğum tarixi 1356 və ya 1355
Vəfat tarixi 1376
Vəfat yeri
Dəfn yeri
Uşaqları
Atası Əmir Teymur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cahangir mirzə Əmir Teymur oğlu 1356-cı ildə Cığatay ulusunun Keş (Şəhrisəbz) şəhərində anadan olmuşdu.

Özbək xanın soyundan olan və Xanzadə ləqəbi ilə tanınan Süyün Bek xanımla Əmir Teymurun böyük oğlu Cahangir mirzənin evləndirilməsi qərarlaşdırıldı.[1] Əmir Teymur 1373-cü ildə yenidən Xarəzmə hücum etdi. Bu yürüşün səbəbi Yusif Sufinin sözünü yerinə yetirməməsi və Qat vilayətinə əsgər göndərərək oranı dağıdıb əhalisini pis vəziyyətdə qoyması idi. Əmir Teymurun Xarəzm istiqamətində irəlilədiyini öyrənən Yusif Sufi narahat olmuş və sülh üçün Xanzadənin tezliklə göndərilməsini qəbul edərək toy hazırlıqlarına başlamışdı.[1] Bu evlilik nəticəsində Əmir Teymurun böyük oğlu Cahangir mirzə də xan nəslinə kürəkən olmuşdu. Cahangir mirzə və Xanzadədən daha sonra Əmir Teymur tərəfindən Teymurlu taxtına varis təyin olunacaq Pir Məhəmməd anadan olmuşdur.[2]

  1. 1 2 Castin Marozzi. "Tamerlan". Bakı, Qanun nəşriyyatı, səh. 82.  (az.)
  2. Peter Jackson, Lawrence Lockhart (1986). The Cambridge History of Iran, Volume 6. Cambridge University Press. p. 1120. ISBN 9780521246996. Retrieved 2013-01-02.