Özbək xan (1282[2], Qızıl Orda – 1341, Saray-Batu) — Qızıl Orda dövlətinin doqquzuncu xanı.
Sultan Qiyasəddin Məhəmməd Özbək xan | |
---|---|
Султан Мохаммед Өз-бегхаан | |
| |
Qızıl Ordunın IX xanı | |
Yanvar, 1313 – 1341 | |
Əvvəlki | Toxta |
Sonrakı | Tinibəy xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Milliyyəti | Monqol |
Fəaliyyəti | rəhbər |
Atası | Toğrulça Məngü Timur oğlu |
Həyat yoldaşları |
Bayalun Taydula |
Uşaqları | |
Ailəsi | Çingizlilər |
Dini | İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Məngü Timur oğlu Toğrulçanın oğludur. 1313-1341-ci illər arasında xanlıq etmişdi. Atası Toxta tərəfindən edam edilmişdi. Özbək xan Xarəzmə sürgün edilmişdi. 1313-cü ilin yanvarında xan olmuşdu. Onun müsəlman olaraq monqol qanunlarına qarşı çıxması Ağ Orda xanı İlbasan xanın ona üsyan etməsinə səbəb oldu. O beləliklə dağılmış xanlığı mərkəzləşmiş hakimiyyətə sahib sultanlığa çevirdi.[3] Ondan sonrakı bütün xanlar müsəlman idi.
Xanın 300.000 əsgərdən çox ordusu var idi. 1319, 1325, 1335-ci illərdə Azərbaycana hücum etmişdi. Ona qarşı Əmir Çoban Sulduz müharibə aparırdı. 1320-1332ci illərdə Bolqarıstan və Bizansa qarşı hücumlar aparmışdı. Saray əl-Cədid şəhərini tikdirmiş və ölkədə bir çox məscidlər bina etdirmişdi. Bacısı Konçakı Moskva knyazı Yuri Daniloviç ilə evləndirmişdi. Lakin Konçakın Mixail Yaroslaviç tərəfindən öldürülməsi Özbək xanı qəzəbləndirdi. Mixailə qarşı məhkəmə işi açıldı və edam olundu.
1327-ci ilin avqustunda bu hadisələrdən sonra Rus knyazlıqları üsyana başlamışdı. Xan həmin il ona sadiq qalan Moskva knyazlığı ordusu ilə Tver knyazlığını 50.000 əsgər ilə işğal edərək darmadağın etdi. Bu hadisə Moskva knyazlığının inkişafına və gələcəkdə Rusiya imperiyasının qurulmağına səbəb oldu.
Özbək xan iki dəfə evlənmişdi. Əvvəl III Andronik Paleoloqun qızı Bayalun ilə, 1323-cü ildə isə Taydula ilə evləndi. Övladları:
Özbək xan 1341-ci ildə Saray əl-Cədid şəhərində öldü.