Qlükoza (7 iyun 1986[1], Moskva) və ya əsl adı ilə Natalya İlyiniçna Çistyakova-İonova — Rusiya müğənnisi, aktrisası, teleaparıcısı, MTV EMA 2003 premiyasının qalibi. Debüt albomu olan "Qlükoza Nostra" (2003) ona beynəlxalq məşhurluq qazandırmışdır.
Qlükoza | |
---|---|
rus. Наталья Ильинична Чистякова-Ионова | |
Ümumi məlumatlar | |
Doğum adı | Наталья Ильинична Ионова |
Ləqəbi | Глюк’oZa |
Doğum tarixi | 7 iyun 1986[1] (38 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | pop müğənnisi, kino aktrisası, səsləndirmə aktrisası[d], televiziya aparıcısı, müğənni, aktrisa, rəqqasə |
Fəaliyyət illəri | 1997-ci ildən |
Janrlar | pop musiqisi[2][3][…], yeni dalğa[4], ska[d], dans-pop[5], indi-pop[6][7][…], alternativ rok[8][9], rok[10], pop-rok[11][12][…], sinti-pop[13][14][…], elektronik musiqi |
Mükafatları | |
glukoza.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Natalya İlyiniçna Çistyakova-İonova 7 iyun 1986-cı ildə Moskva şəhərində anadan olmuşdur. 1993-cü ildə yeddi yaşı olanda Uşaq Musiqi Məktəbinin fortepiano sinifinə qəbul edilib, səkkiz yaşında isə oranı tərk etib. Uşaq yaşlarında bir çox dərnəklərdə iştirak edib: sahmatdan başlayaraq baletə qədər. Moskvada 308 nömrəli məktəbdə oxuyub. 2001-ci ildə isə 10 və 11 sinifləri Moskva 17 saylı axşam məktəbinə bitirmişdir.
İlk film təcrübəsi uşaq kinojurnalı olan "Yeralaş"dakı fəaliyyəti idi.