Qlasqo-Koma şkalası

Qlazqo-Koma şkalası (ing. Glasgow Coma Scale (GCS)) — insanın huşunu müəyyən etmək və neyroloji çatışmazlığı qiymətləndirmək üçün təsis edilmiş şkaladır. Bu şkala xüsusən kəllə beyin tavmalı xəstələrdə, koma və ya şok altında olan xəstələrin huşunu qiymətləndirmək üçün tətbiq edilir. Bu şkala ilk olaraq 1974-cü ildə Qlazqo Universitetinin iki neyrocərrahı Qrem Tisdeyl və Brayan Ç. Cennett tərəfindən təsis edilmiş və təcili tibbi yardım xidmətində tətbiq edilmişdir[1].

Qlazqo-Koma şkalası ilə qiymətləndirmə

[redaktə | mənbəni redaktə et]
Göz qapaqlarının açılması Xallar Şifahi cavablandırma Xallar Hərəki cavablar Xallar
spontan 4 tam yönümlü 5 ancaq müraciət olunduqda 6
müraciət olunduqda 3 qeyri tam yönümlü 4 ağrıya qarşı məqsədli 5
ancaq ağrıya qarşı 2 qeyri adekvat 3 ağrıya qarşı məqsədsiz 4
mənfi 1 anlaşılmaz 2 bükücü mexanizm 3
1 açıcı mexanizm 2
mənfi 1

Qiymətləndirilməsi:

[redaktə | mənbəni redaktə et]

< 4 xal = 85% dəyişkən vegetativ status

< 8 xal = ağır beyin funksional pozğunluq

> 11 xal = 5–10% dəyişkən vegetativ status, 85% bərpa olunan zəif funksional pozğunluq

  1. G. Teasdale, B. Jennett: Assessment of coma and impaired consciousness. A practical scale. In: Lancet, Band 2, 1974, S. 81–84. PMID 4136544.