Qoç kəlləsi — buzlaqların hərəkəti nəticəsində cilalanmış,bəzən də cızılmış təpəyə və ya ayrı durmuş iri,dəyirmi daşa, qayaya deyilir. Buzların axıb gəldiyi tərəfi meyilli, əks tərəfi isə dikdir. Qoç kəlləsinə dördüncü dövr buzlaşması sahələrində — Kareliyada və Finlandiyada çox təsadüf olunur.[1]