Qoşatəpə yaşayış yeri — Azərbaycanın Ağdam rayonunun Əhmədağalı kəndindən 800 m şərqdə yerləşən abidə. Təpənin diametri 80 metr və hündürlüyü 1,5 metr təşkil edir. Təpə SSRİ dövründə pambıq çardağı və gübrə anbarı kimi istifadə olunub. Qarabağ müharibəsi dövründə istehkamların qurulması təpənin şimal-şərq hissəsinin dağılmasına səbəb olmuşdur. Ərazidən toplanılmış saxsı kolleksiyası neolit dövrünə aiddir.[1]