Qodintəpə

Ubeyd dövründə Yaxın Şərqdə mühüm yerlər. Seh Qabidən sağda işarələnən yer Qodintəpənin yerini göstərir.
Qodintəpə (İran)
Qodintəpə

Qodintəpə — qərbi İranda yerləşən arxeoloji sahədir.Kanqavar vadisindəki Kirmanşah vilayətində yerləşir . 1961-ci ildə kəşf edilən sahə, 1965-ci ildən 1973-cü ilə qədər T. Cuyler Young Jr rəhbərliyindəki bir Kanada ekspedisiyası tərəfindən qazıldı və bu tədqiqata Royal Ontario Muzeyi (Toronto, Ontario, Kanada) sponsorluq edirdi. [1][2][3][4][5] Arxeoloji sahənin əhəmiyyəti qədim Mezopotamya ticarət şəbəkələrinin qovşağında bir ticarət məntəqəsi olması ilə bağlıdır.

Çikaqo Şərq İnstitutu Muzeyində Ubaid keramikası.
İran, Susadan aşkar olunan qədəh və bardaq, EƏ. 4.minillik - Ubeyd dövrü; qədəhin yüksəkliyi 12 sm; Sevr -, Fransa keramik Şəhəri.

Qodintəpədə sənətkarlığa dair ən qədim sübutlar Erkən və Orta Eneolitin XI və VII dövrləri arasından aşkarlanmışdır. Sahədə məskunlaşma e.ə 5200-cü il öncədir.

Qodin çox dərin bir stratiqrafiyaya mailik olduğu üçün yaxınlığındakı Seh Qabinin onunla bağlı bölgəsinin tədqiq edilməyinə qərar verildi. Seh Qabi[6], Kanqavar vadisində, Qodintəpənin 6 km şimal şərqində yerləşir. Orda daha dərin səviyələrə enmək daha asandır.

Burada J təbəqəsindən aşkarlanan boyalı keramika nümunələri (XI Qodin öncəsi dövrə) aiddir və boyalı keramika ənənəsinin xüsusiyyətlərini daşıyır. Basma naxışlı keramika (Qodin XI/X)dövrünə ait Dalmatəpə tipli keramika nümunələridir. J təbəqədən aşkarlanan materiallar Xalaf mədəniyyətinə aiddir [7]. Dalma keramikası, xüsusilə Urmiya gölünün ərazisində, Qodinin şimalındakı dağlıq bölgələrdə olan dulusçuluq ənənələri ilə çox oxşardır [8].

  1. Hilary Gopnik and Mitchell S. Rothman, "On the High Road: The History of Godin Tepe", Iran, Mazda Pub, 2011, ISBN 978-1568591650
  2. [1] Arxivləşdirilib 2022-09-24 at the Wayback Machine H.Gopnik Godin Tepe TSpace Web Archive
  3. T. Cuyler Young Jr, Excavations at Godin Tepe. First Progress Report., Royal Ontario Museum Occasional Paper 17, 1969
  4. T. Cuyler Young Jr and Louis D. Levine, Excavations at Godin Tepe. Second Progress Report., Royal Ontario Museum Occasional Paper 26, 1974, ISBN 0-88854-019-1
  5. [2] Arxivləşdirilib 2010-07-21 at the Wayback Machine Harvey Weiss and T. Cuyler Young Jr, Merchants of Susa: Godin V and plateau-lowland relations in the late Fourth Millennium BC., Iran, vol. 13, pp. 1-17, 1975
  6. Rothman, Mitchell S.; Badler, Virginia. On the High Road: The History of Godin Tepe, Iran (Chapter 2) (PDF). Mazda Publishers. 2011. 2. ISBN 1568591659. 2022-09-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-01. Because Godin was such a deep site and it was clear it was difficult to reach these early levels in 1971 and 1973 the Godin Project conducted excavations at Seh Gabi, a Neolithic to Chalcolithic site some six kilometers northeast of Godin in the Kangavar valley.
  7. Mitchell S. Rothman and Virginia Badler, On the High Road: The History of Godin Tepe, Iran. Arxivləşdirilib 2022-09-14 at the Wayback Machine Chapter 4. Contact and Development in Godin Period VI. Mazda Publishers, 2011 ISBN 1568591659
  8. Henrickson, Elizabeth, 1989, 'Ubaid Geleneği ve Orta Zagros Yaylaları, Batı İran arasındaki Kültürel Etkileşim İçin Seramik Kanıtları. İçinde: Bu Vakfın Üzerine: 'Ubaid Yeniden Değerlendirildi. E. Henrickson ve I. Thuesen tarafından düzenlenmiştir. 368-403. Kopenhag: Müze Tusculanum Press