Qokoku məbədi (護国寺, Qokoku-ci?, azərb. "Ölkənin mühafizəsi məbədi") – Yaponiyanın Tokio şəhərinin Bunkyo rayonunda yerləşən buddist məbədi.[1] Buddizmin Şinqon sektasının Buzan qoluna aiddir.[1]
Şinqon buddizmi | |
Qokoku məbədi | |
---|---|
Qokoku-ci (護国寺?) | |
| |
Yerləşməsi | |
Ölkə | |
Yeri | Bunkyo, Tokio, Tokio prefekturası |
Memarlıq | |
Tikdirəni | Ryoken |
|
|
Saytı | |
gokokuji.or.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Məbəd 1681-ci ildə şoqun Tokuqava Tsunayoşinin sifarişi ilə keşiş Ryoken tərəfindən qurulmuşdur.[1] Tsunayoşi və onun anası Keyşo İn bu məbədin himayəçiləri olmuşdurlar.[1] Hazırda Əhəmiyyətli mədəni mülk statusu daşıyan əsas zal 1698-ci ildə tikilmişdir.[1] Məbədin qəbiristanlığında Edo dövründə yaşamış 40-dan çox konfutsiçi alimin qəbri yerləşir.[1] Məbədin Tokuqava şoqunluğu ilə sıx əlaqələri olduğu üçün burada tez-tez şoqunluğun adından ibadətlər yerinə yetirilmişdir.[1] Məbəd bodhisattva Kannona həsr olunmuşdur.[1]