Qolden Qeyt körpüsü

Qolden Qeyt körpüsü (ing. Golden Gate Bridge) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatındakı, San-Fransisko körfəzinin girişində, Qolden Qeyt boğazı üzərində yerləşən körpü. Qolden Qeyt körpüsünün inşasına 1933-cü ilin 5 yanvar tarixində başlanılmışdır. Köprü asma formasında olub, polad metalından hazırlanmışdır. Köprü hal-hazırda dünyanın ən uzun yeddinci asma körpüsü hesab olunur. Köprünün uzunluğu 2.73 km, polad dirəklər arasındakı məsafə isə 1.28 km'dir. Qolden Qeyt körpüsü su səviyyəsindən 235 metr yüksəklikdə yerləşir və nəqiliyyat vasitələrinin istifadəsi üçün nəzərdə tutulan 6 zolaqlı yola malikdir. Körpü San-Fransisko şəhərinin Marin County ilə NapaSonoma Valley səmtlərini birləşdirir.

Qolden Qeyt körpüsü
ing. Golden Gate Bridge
Xəritə
37°49′11″ şm. e. 122°28′43″ q. u.HGYO
Ölkə  ABŞ
Yerləşir San-FransiskoMarin dairələri arası, Kaliforniya ştatı
Aidiyyatı Qızıl darvaza boğazı
Memar Cozef Ştraus, Ayrvinq Morrou, Çarlz Alton Ellis
Tikilmə tarixi 5 yanvar 1933-19 aprel 1937
Üslubu Metal konstruksiya
Hündürlüyü 230 m
Uzunluğu
  • 2.740 m
Eni 27 m
Material polad
Vəziyyəti Fəaliyyət göstərir
Rəsmi sayt goldengate.org/bridge/
Kaliforniya Tarixi Abidəsi
Təyin edilib18 iyun 1987
İstinad nöm.974
San-Fransiskonun qeydiyyata alınmış abidələri
Təyin edilib21 may 1999
İstinad nöm.222
Golden Gate körpüsü (San-Fransisko)
Golden Gate körpüsü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Körpünün inşası

[redaktə | mənbəni redaktə et]

Körfəzdə körpünün tikilməsi fikri XIX əsrin ortalarında mövcud idi. Ançaq həmin dövrdə kiçik tutumlu gəmilərlə körfəz sahilləri arasında səfərlər həyata keçirilirdi və belə bahalı bir layihənin icrası real görünmürdü. Körpünün inşaatı 1933-cü ilin 5 yanvar tarixində başladı və 1937-ci ilin 27 may tarixində yekunlaşdı. Körpünün inşaatına Yozef Ştraus adlı memar rəhbərlik edirdi, inşaat prosesi zamanı 11 işçi təhlükəsizlik təminatının aşağı olması səbəbindən həlak olmuşdur. Qolden Qeyt körpüsünün inşaatı zamanı həmin dövr üçün mümkünsüz görünən bir çox rekordlar qırılmışdır. Ən yüksək dirək (227 m) ən uzun (2.332 m), ən qalın kəndir (92 sm) və ən böyük sualtı dayaqlardan ilk dəfə olaraq Qolden Qeyt körpüsünün inşaatı zamanı istifadə edilmişdir.

Boğazdan yüksək axıntını olması körpünün daha davamlı olmasını zərüri edirdi, bu səbədən sualtı dayaqların daha möhkəm hazırlanmasına ciddi önəm verilmişdir. Amerika Birləşmiş Ştatlarının simvollarından birinə cevirlən Qolden Qeyt körpüsünün tikilməyə başladığı 1933-cü il ölkənin dərin böhran keçiridiyi bir dövr idi və ölkə boyunca kütləvi işsizlik və açlıq yaşanırdı. Ançaq bütün cətinliklərə baxmayaraq 35 milyon dollar xərçlənməklə körpünün tikintisi 5 ilə tamamlanmışdır. Körpünün toplam ağırlığı 887.000 tondur. 1964-cü ildə Nyu-York şəhərində Verrazano-Narrows Köprüsünün istifadəyə verilməsinə qədər Qolden Qeyt körpüsün dünyanın ən uzun asma körpüsü ünvanını öz əlində saxlamışdır.

Half Way to Hell Club

[redaktə | mənbəni redaktə et]

Körpünün inşası zamanı işçilərin təhlükəsizliyini təmin etmək üçün körpünün alt hissəsinə, tor şəkilli təhlükəsizlik xətti çəkilmişdi. Həmin xətt 19 işçinin həyatını xilas etmiş və həmin işçilər daha sonra (ing. Half Way to Hell Club) yəni (azərb. Cəhənnəmin yarı yolu‎) adlı klub yaratmışdılar. Tikintinin son dövründə xəttdə baş verən problem işçilərin yıxılmasına səbəb olmuş və 10 nəfər işçi faciəvi şəkildə həlak olmuşdur.

1937-ci ilin 27 mayında saat 12:00 da Ağ Evdən prezident Franklin Delano Ruzvelt tərəfindən körpünün açılması üçün teleqraf siqanlı göndərildi. Açılış zamanı ənənəvi körpü açılışlarında istifadə edilən qırımızı lentdən yox, zəncirdən istifadə olunmuşdur. Hal-hazırda Qolden Qeyt körpüsündən gün ərzində 100.000 maşın keçir və bu say il ərzində 10% olmaqla artmaqdadır. Şəhərdən qayıdanlar üçün keçid qiyməti 2,50 dollar təşgil edir. Qolden Qeyt körpüsü San Fransisko-Okland Bey körpüsündən fərqli olaraq paslanmayan metaldan hazırlanmamışdır və buda körpüyə il boyu ciddi baxım tələb edir

Körpüdə intihar hadisələrinə də çox rast gəlinir.

Qolden Qeyd körpüsü

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]