Qolen Qrad (mak. Голем Град) — Makedoniya Respublikasının ərazisində yerləşir. Adanın mənası Böyük qala kimi səslənir. Bəzən isə İlan adası olaraq adlanır. Adanın sahəsi 20 hektardır[1]. Ada Prespa gölü daxilində, Yunanıstan və Albaniya sərhəddindən bir necə km aralıda yerləşir. Qolen Qrad adasında bir necə qədim məbəd vardır. Adada çoxlu sayda heyvan növü yaşayır.[2].2008-ci ilin avqust ayından ada yuristlərin girişi üçün açılmışdır.[3]
Qolen Qrad adası | |
---|---|
mak. Голем Град | |
Ümumi məlumatlar | |
Sahəsi | 0,20 km² |
Uzunluğu |
|
Eni | 0,35 km |
Əhalisi | 0 nəfər (2016-cı il) |
Yerləşməsi | |
40°52′00″ şm. e. 20°59′00″ ş. u.HGYO | |
Ölkə | Şimali Makedoniya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qolen Qrad 20 h əraziyə malik olub, 600 metr uzunluğa və 350 metr enə malikdir[1]. XX əsrin ortalarından etibarən adada yaşayış yoxdur. Burada uzun zaman kahinlər yaşamışdır. Onlar adanı 20 əsrin ortalarında tərk etmişdirlər. Adaya ancaq qayıqla getmək olur[1]. Adanın ətrafında hündürlüyü 20–30 metr olan qayalar və mağaralar vardır.
Adanın flora və faunası sayəsində təbiət qoruğu elsn edilmişdir. Aralıq dənizinə yaxınlığı onun mikroiqliminə böyük təsir göstərir. Adada nadir bitkilər aləmi vardır (41 və ya 25,6 % — Subaralıqdənizi bitkiləri; 29 və ya 18,2 % — avrasiya, 20 və ya 12,6 % — aralıqdənizi və s.)
Adalar kiçik sahəyə malik olmasına baxmayaraq burada çoxlu sayda tarixi abidələr vardır. Burada neolit dövrü və Roma imperiyası dönəminə aid abidələr vardır. Adada hələ 2000 il öncə insan məskən salmışlar. Burada yerləşən ən məşhur məbəd XIV ərsdə aiddir və Roma qalasının təməli üzərində tikilmişdir[4][5].