Qonaqkənd rayonu

Qonaqkənd rayonu — 1930–1959-cu illərdə Azərbaycan Sovet Sosialist Respublikasında mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Qonaqkənd kəndi olmuşdur.

Qonaqkənd rayonu
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 8 avqust 1930
Ləğv olunub 4 dekabr 1959
Sahəsi
  • 1.600 km²
Əhalisi
Əhalisi
  • 20.896 nəf. (1939)

Qonaqkənd rayonu Azərbaycan Sovet Sosialist Respublikasının rayonlaşdırılması səbəbi ilə 8 avqust 1930-cu il tarixində təşkil olunmuşdur. 1952–1953-cü illərdə rayon Bakı vilayətinə daxil edilmişdir. 1947-ci ilə aid məlumatlara görə rayonun daxilində 19 kənd sovetliyi olmuşdur. 4 dekabr 1959-cu ildə Qonaqkənd rayonu ləğv edilmiş, ərazisi isə Quba rayonuna birləşdirilmişdir.[1]

1939-cu il siyahıyalmasına əsasən Qonaqkənd rayonunun əhalisi 20.896 nəfər olmuşdur. Onlardan 59,7%-i azərbaycanlı, 39%-i digər xalqlardan (tatlar çoxluq olmaqla), 1,3%-i ruslar idi.[2]

Rayonda 1935-ci ildə "Sosializm maldarlığı" qəzeti nəşr olunurdu. Qəzet 1938-ci ildə "Staxanovçu maldar", 1954-cü ildə isə "Kommunizmə doğru" olaraq ad dəyişmişdir.[3]

  1. (6000 nüs.). Баку: Азербайджанское гос. изд-во. 1977. səh. 218.
  2. "Всесоюзная перепись населения 1939 года. Национальный состав населения районов, городов и крупных сел союзных республик СССР". Демоскоп. 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-09.
  3. . 3. Москва: «Книга». 1978. səh. 16.