Qonrul

Qonrul, Kongrul, Konkrultürk mifologiyasında fövqəltəbii xüsusiyyətlərə malik olan olan qırmızı rəngli nəhəng quş. Adını rəngindən alır, ölümsüzlüyü və yenidən dirilmə qabiliyyəti ilə fərqlənir. Əfsanəyə görə hər gün yenidən doğulur. Digər bir çox dünya xalqlarının mifologiyalarında müxtəlif adlarla mövcuddur. Məsələn, Ənqa, Simurq, Feniks və s.

Kongrul quşu digər xalqların əfsanələrindəki Zümrüd quşu ilə bir çox bənzər xüsusiyyətləri vardır, hətta zaman-zaman əfsanəyə o mifologiyalardan əlavələr də edilmişdir . Məsələn, İran mədəniyyətindəki Zümrüd quşunun xüsusiyyətləri tamamilə bu quşa köçürülmüşdür. Ancaq türk mifologiyasındakı bu quşun digər mifologiyalardakı bənzərlərdən ən əhəmiyyətli fərqi, bənzərinin, hətta əkizinin olmasıdır. Kongrul quşu Toğrul quşu ilə birlikdə xatırlanır. Hər ikisi də Zümrüd quşunun bütün xüsusiyyətlərini saxlayarlar.

Kongrul və Toğrul, ikibaşlı qartal olan Öksökönün hələ bütünləşməmiş, ayrı forması olaraq da tarixin dərinliklərində ortaya çıxmış hesab edilirlər. Lakin ad və xüsusiyyət olaraq Öksöködən fərqli canlılardır. Bir əfsanəyə görə Toğrul quşu monqollara, Konrul quşu isə türklərə işarədir. Quş iki aləmi, yerigöyü bir-birindən ayıran sərhədə qədər gedə bilər və bu səbəblə o sərhədi keçə bildiyi də düşünülür.

Dimdiyi çox uzundur və üzərində minlərlə dəlik olan bir qaval kimi səs çıxarır. O oxuyanda digər quşlar susub onu dinləyirlərr. Səsinin əks-sədası 1000, 10 000 quşun səsi kimi çıxır. Günlərlə fasiləsiz oxuduqdan sonra yanmağa başlayır və sonra küllərindən yenidən doğulur.

Etimologiya[redaktə | mənbəni redaktə et]

Kon/Qon kökündən törəmişdir. Qonur sözü ilə eyni mənaları daşəyər. Qonur isə tünd qırmızı, qəhvəyi deməkdir. Qonmaq sözünü də ifadə edir, məğrurluk bildirir. Türkcə, monqolca və tunguscada ortaq bir kök olub, hamısında da bu kökdən törəyən rənglər kiçik fərqlərlə tünd qəhvəyi, tünd qırmızı kimi rəngləri ifadə etmək üçün istifadə edilir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.