Qonur Alp, Konur Alp, Qonuralp və ya Qonuralp Bəy (türk. Konur Alp, Konuralp, Konuralp Bey) - Osman Qazinin və Orxan Qazinin silah yoldaşı və alpı. Və üstəlik, Konuralp Osmanlı Dövlətinin quruluşunda da fəal iştirak etmişdir.
Qonur Alp | |
---|---|
Doğum tarixi | XIII əsr |
Vəfat tarixi | 1328 |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Osman xan, 1299-1300-cü illərdən etibarən Bizanslılar ilə mücadələyə girişincə, yanında Akça Qoca, Samsa Çavuş, Aykut Alp, Əbdürrəhman Qazi kimi igidlərin arasında Qonuralp Bəy də var idi. Orxan Qazi də, atasının sağlığında onun əmri ilə əsgəri idarəni ələ aldığında, Qara dənizə doğru olan bölgənin fəthinə Konuralpı göndərdi.
Qonuralp, Ağyazını, Mudurnunu, və sonradan öz adı verilən Melen çayı hövzəsini fəth etdi. Əbdürrəhman Qazi ilə birlikdə Aydos qalasını fəth etdi. Bursanın fəthində qəhrəmanlıqlar göstərdi və həmin ildə də vəfat etdi (1326). Qonur Alpın vəfatından sonra, onun tabeliyində ki torpaqlar Şahzadə Murada verildi.
Qonur Alpın qəbri Düzcənin Konuralp məhəlləsindədir.