Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Qorçu bəy Hüseyn bəy oğlu Püsyan (XVIII əsr) — Püsyan elinin başçısı, xalq qəhrəmanı.
Qorçu bəy Püsyan | |
---|---|
Qorçu bəy Hüseyn bəy oğlu Püsyan | |
Qorçu bəy Hüseyn bəy oğlu XVIII yüzilin birinci yarısında yaşamışdı[1]. Atasından sonra Püsyan elinin Sultanlı oymağına başçılıq etmişdi. XVIII yüzilin birinci yarısına aid erməni mənbələrindən Abram Kretatsinin "İranlı Nadir şah və baş vermiş hadisələr haqqında tarix" əsərində Qorçu bəy haqqında məlumat var[2]. Eçmiadzin kilsəsinin katolikosu olan Abram Kretatsinin göstərilən əsərində XVIII yüzilin 30-cu illərinin ortalarında baş verən Səfəvi-Osmanlı müharibələri, bu müharibələrin gətirdiyi bəlalar nəticəsində Azərbaycan xalqının acınacaqlı vəziyyəti, Nadirin şah seçilməsi kimi tarixi süjetlər göstərilmişdir. Hadisələrin canlı şahidi olan müəlif xalqın yaşayışının dözülməz vəziyyətini ətraflı şəkildə təsvir etmişdir. O cümlədən Qorçu bəylə bağlı məlumat vermişdir .
Qorçu bəyin İbrahim bəy, Cəfər bəy adlı oğlu vardı.