Qorçubəylilər — Azərbaycanın qədim soylarından biri.
Qorçubəylilər | |
---|---|
Titul | Bəy |
Əcdadı | Qorçu bəy Püsyan |
Qohum soylar | Sultanovlar |
Budaqları | Alışanovlar, Qəhrəmanovlar, Mürsəlovlar, Əliyevlər |
Mənşəyi | Qarabağ, Qubadlı |
Təbəəliyi |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Torpaqları | Çərəli |
Bu soyun ulu babası Qorçu bəy Püsyandır. Qorçu bəy XVII yüzilin ortasında yaşamışdı. Püsyan elinin başçısı idi. Onun adıyla bağlı Qarabağ əyalətinin Keştasf (Keştaz) nahiyəsində yeradına rast gəlinir.
Qorçu bəyin Hüseyn bəy, Həsən bəy adlı oğulları vardı.
Hüseyn bəy Qorçu bəy oğlu XVII yüzilin ikinci yarısında ömür sürmüşdü. Atasından sonra Püsyan elinin Sultanlı oymağına başçılıq etmişdi.
Hüseyn bəyin Qorçu bəy adlı oğlu vardı.
II Qorçu bəy Hüseyn bəy oğlu XVIII yüzilin birinci yarısında yaşamışdı. Atasından sonra Püsyan elinin Sultanlı oymağına başçılıq etmişdi.
XVIII yüzilin birinci yarısına aid erməni mənbələrindən Abram Kretatsinin «İranlı Nadir şah və baş vermiş hadisələr haqqında tarix» əsərində Qorçu bəy haqqında məlumat var. Eçmiadzin kilsəsi¬nin katolikosu olan Abram Kretatsinin göstərilən əsərində XVIII yüzilin 30-cu illərinin ortalarında baş verən Səfəvi-Osmanlı müharibələri, bu müharibələrin gətirdiyi bəlalar nə¬ticəsində Azərbaycan xalqının acınacaqlı vəziyyəti, Nadirin şah seçilməsi kimi tarixi süjetlər göstərilmişdir. Hadisələrin canlı şahidi olan müəlif xalqın yaşayışının dözülməz vəziyyətini ətraflı şəkildə təsvir etmişdir. O cümlədən Qorçu bəylə bağlı məlumat vermişdir[1]. II Qorçu bəyin İbrahim bəy, Cəfər bəy adlı oğlu vardı.