Qorinin işğalı — Qori və ətraf bölgələrinin Rusiya-Gürcüstan müharibəsi çərçivəsində Rusiya hərbi qüvvələri tərəfindən 13 avqust 2008-ci ildə başlayan və 22 avqust 2008-ci il tarixində rus birliklərinin şəhərdən çıxması ilə sona çatan hərbi işğalı idi.
Qorinin işğalı | |||
---|---|---|---|
Rusiya-Gürcüstan müharibəsi | |||
Tarix |
13–22 avqust 2008 (1 həftə, 2 gün) |
||
Yeri | Qori, Gürcüstan | ||
Nəticəsi |
Rusiyanın qələbəsi
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
Münaqişənin xəritəsi | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Qori mərkəzi Gürcüstanda,[4] Tsxinvali şəhərindən təxminən 25 km (16 mil) məsafədə yerləşən strateji bir şəhərdir.[5] Şəhər həmçinin Gürcüstanın böyük bir hərbi quraşdırma və nəqliyyat mərkəzidir.[6]
7 avqustda Qori yaxınlığında 75 tank və zirehli nəqliyyat vasitələri (Gürcüstan hərbi arsenalının üçdə biri) yığılmışdı.[7] 9 avqust 2008-ci il tarixində, səhər saat 6:27 radələrində Reuters, iki rus qırıcısının Gürcüstanın Qoridən 10 km şimalda yerləşən altilleriya mövqeyini bombaladığını bildirmişdir.[8][9] Yaranan partlayış zamanı bazadan əlavə bir neçə yaşayış binası və bir məktəb də ziyan görmüşdü.[10] Gürcüstan hökuməti yaşayış binalarına bomba düşməsi nəticəsində 60 nəfər mülki vətəndaşın öldüyünü bildirmişdir.[11] Rusiya mətbuatının yazdığına görə, Rusiya təyyarələri silah anbarına üç bomba atmış və anbardalı sursatların partlaması nəticəsində əraziyə bitişik 5 mərtəbəli yaşayış binalarından birinin fasadı zərər görmüşdü.[12] Rus təyyarələri 9 avqusta qədər Gürcüstanın ən az beş şəhərini bombalamışdır.[13]
Gürcüstan Ordusu Tsxinvali məğlubiyyətindən sonra yenidən Qoridə toplandı. [14] Gürcüstan hərbçiləri 10 avqustda şəhərə daxil oldular.[15] BBC 10 avqustda Rusiyanın şəhərə doğru irəliləməsindən qorxan insanların Qorini tərk etdiyini bildirmişdir.[16] Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMMYK) və Dünya Qida Proqramı sakinlərin təxminən yüzdə 80-nin 10 avqust tarixinə qədər Qorini tərk etdiyini təyin etmişdir.[3] Bundan sonra ruslar Qoriyə doğru irəliləməyə başlamışdırlar.[6]
11 avqust 2008-ci ildə Gürcüstan qüvvələri Qoridən geri çəkildi. Gürcüstanın yüksək səviyyəli təhlükəsizlik rəsmisi Kaxa Lomaya, qoşunlara Tbilisinin qorunması əmrinin verildiyini söyləmişdir.[17][18] Polis Tbilisidən gələn magistral yolu bağlamış və heç bir avtomobili şəhərə buraxmamışdır. Rus hücumları gürcü altileriyasının Cənubi Osetiyaya atəş açması ilə qarşılanmış və ən azı altı Gürcüstan helikopterinin də Cənubi Osetiyadakı hədəflərə hücum etdiyi bildirilmişdir.[19] Times müxbiri Gürcüstanın geri çəkilməsini "qəfil və dramatik" kmim xarakterizə edərək, "sakinlərin ordularının mövqelərini tərk etmələrini dəhşətlə izlədiklərini" söyləmişdir.[19]