Qoruyucu divar (ing. Firewall) — icazəsiz girişi bloklamaq üçün yaradılıb və yalnız icazəsi olanlara girişi təmin edir. Bu qurğu və ya qurğular sistemi girişə icazəni qaydalar və müxtəlif kriteriyalara əsasən verir.[1]
Firewall-un iki əsas növü var:
- Vəziyyətə nəzarət edən təhlükəsizlik divarı (Stateful Inspection Firewall) - Tətbiqetmə səviyyəsi təhlükəsizlik divarı (Application Layer Firewall)
Vəziyyətə nəzarət edən təhlükəsizlik divarı – məlumatı göndərildiyi yerdən daxil olacağı yerə qədər izləyir. Tətbiqetmə səviyyəsi təhlükəsizlik divarı isə yalnız daxil olan və çıxan məlumatın başlıq hissələrini yoxlayır və tətbiqetmə səviyyəsindəki protokolları məhdudlaşdıraraq təhlükəsizliyi təmin edir. Məsələn, HTTP protokolu vasitəsilə hər hansı bir Veb sayta girişin qadağan olunması. Bu iki növdən ən çox inkişaf edən və ən çox istifadə olunanı birincisidir. Ona görə ki, daha böyük şəbəkələrin, İnternet və daxili şəbəkədəki trafiklərinə nəzarət edir.
“Firewall nə üçün lazımdır?” sualına gəldikdə isə bunu qeyd etmək lazımdır ki, sizin kompüteriniz yalnız virus hücumlarına deyil, sizin şəxsi məlumatlarınızı ələ keçirə biləcək hücumlara da məruz qalırlar. Məhz bu hallarda Firewall-dan istifadə olunur.
http://millibyte.az/index.php?do=news_read&id=12 Arxivləşdirilib 2013-10-03 at the Wayback Machine