Qorxmaz xan Şamlı

Qorxmaz xan Şamlı (?-?) — Şamlı elinin əmirlərindən, Həmədan bəylərbəyliyinin bəylərbəyi.

Qorxmaz xan Şamlı
Şəxsi məlumatlar
Doğum yeri Həmədan, Həmədan bəylərbəyliyi, Səfəvilər dövləti
Vəfat tarixi
Vəfat yeri Həmədan, Həmədan bəylərbəyliyi, Səfəvilər dövləti
Vəfat səbəbi edam
Uşağı Təhmasibqulu bəy
Rütbəsi general

Qorxmaz xan Şamlı 1579-cu ildə şahbanu Məhdi Ülyanın qətlində iştirak etmişdi.

Əliqulu xan Şamlının anası Xanixan xanım Həmzə mirzənin tərbiyəçisi olmuş və Məhdi Ülya öldürüldükdən sonra, əslində ona anasını əvəz etmişdi. İndi isə Əmir xan Türkman və onun həmfikirləri Əliqulu xanın qiyamına, separatçı hərəkətlərinə əsaslanaraq bildirirdilər ki, qiyamçının anası bundan sonra sarayda yaşaya bilməz. Onlar hərəmxana binasına soxuldular və “günahsız qadını” boğub öldürdülər. Sonra isə Əliqulu xanın atası Sultan Hüseyn xanın izinə düşdülər. Sultan Hüseyn xanın qətlə yetirilməsini, öldürülmüş Vəli xəlifə Şamlının oğlu İsmayılqulu bəyə tapşırdılar. Ona Sultan Hüseyn xanın tutduğu Qəzvin hakimi vəzifəsi (xan və tavaçıbaşı fəxri adları ilə) vəd edidi. Uzun illər Vəli xəlifə Şamlıya xidmət etmiş, əmir dərəcəsi almış və buna görə də mərhuma çox minnətdar olan Qorxmaz xan Şamlını da bu yolla ələ aldılar. Ona Hüseynqlu sultanın tutmuş olduğu eşikağasıbaşı vəzifəsini vəd etdilər və rəqibini aradan götürməyi tapşırdılar. İsmayılqulu xan qardaşlarının Mahmud xan Sufi oğlu Ustaclının qardaşını öldürməsi ilə, keçmişdə həmişə müttəfiq olmuş şamlı və ustaclı tayfaları arasında “ədavət və nifaq” qapıları açıldı.

I Şah Abbas Səfəvi Hüseyn xan Şamlını Herata, Qorxmaz xan Şamlını Həmədana bəylərbəyi vəzifəsinə təyin etmişdi.

H. 988 (1580)-ci ildə Hüseynqulu sultan Şamlının oğlu Mehdiqulu bəy atasının yerinə eşikağasıbaşı təyin olunsa da, vəzifədə çox qalmır, həmin ildə Qorxmaz xan Şamlı eşikağasıbaşı olur.

I Şah Abbas 1587-ci ildə Şamlı əmirlərindən Qorxmaz xanı Həmədana hakim təyin edib, vilayətin mahallarına da Qızılbaşlardan hakimlər göndərilməsi barədə buyruqlar verir. Bu zaman Qumun idarəsi Türkmanlardan Süleyman xəlifəyə tapşırılır. 1590-cı ildə isə Qum hakimi Şamlılardan Hüseyn xan idi. Elə həmin ildə (1590) Avşar elinin Ərəşli obasından Təhmasibqulu xana Həmədan valiliyi verilib, ona Nihavəndin Osmanlılardan geri alması tapşırılır. Ancaq o, bu işi bacarmadığına görə 1591-ci ildə ölüm cəzasına məhkum edilir. İsgəndər bəy Münşi yazır ki, 1591-ci ildə şahzadə Məhəmməd Bağır Mirzə Həmədan hakimi və Bağdada qədər bütün Qələmrov Əlişəkər vilayətinə əmir əl-üməra təyin edilib, buradakı Bayat eli də ona tapşırılır. Bayat elindən Uğurlu sultan onun vəkili statusu ilə Həmədana göndərilir.

1588-cı ildə Sinan paşa (Cığal oğlu) otuz minlik qoşunla Bağdaddan Həmədana yeridi və qızılbaşların tərk etdiyi Nəhavəndi döyüşsüz ələ keçirdi. Sinan paşa qalada iki min nəfərlik hərbi hissə yerləşdirərək geri qayıtdı. Qızılbaşların qalanı geri qaytarmaq cəhdi uğursuzluqla nəticələndi. Onlar məğlubiyyətə uğradılar. Başçıları olan Həmədan bəylərbəyisi Qorxmaz xan Şamlı isə əsir düşdü.

Qorxmaz xan Şamlının Təhmasibqulu bəy adlı oğlu vardı.