Qorxusuz vampir qatilləri (1967)

Qorxusuz vampir qatilləri (ing. Fearless Vampire Killers) — vampirlər haqqında çəkilən ən məşhur kino-filmlərdən biri.

Qorxusuz vampir qatilləri
Fearless Vampire Killers
Janr qorxu filmi[1][2][…], LGBT mövzulu film[d]
Rejissor Roman Polanski
Ssenari müəllifləri Gerard Brach, Roman Polanski
Baş rollarda Jack MacGowran, Roman Polanski, Sharon Tate
Distribütor InterCom[d]
İlk baxış tarixi 1967
Müddət dəq.
Ölkələr ABŞ, İngiltərə
Dil ingilis dili
Rəng rəngli
IMDb ID0061655

Məzmun[redaktə | mənbəni redaktə et]

Yaşlı bir yarasa tədqiqatçısı Professor Abronsius (Jack MacGowran) və onun qabiliyyətsiz köməkçisi Alfred (Roman Polanski) soyuq bir hava şəraitində Transilvaniyada qəsəbə-qəsəbə gəzərək vampir axtarırlar. Professor soyuqdan donma təhlükəsi qarşısında qaldığından yaxınlıqdakı kənddə bir evdə qalmağa qərar verirlər. Alfred ev sahibinin çimməyə meyilli qızına (Sharon Tate) möhkəm tutularaq aşiq olur, lakin qız yaxınlıqdakı qəsrdə iqamətgah quran vampir Kont Krolock tərəfindən qaçırılır. Professor Abronsius və köməkçisi Alfred kəndlilərin adını belə çəkməyə qorxduqları vampir Kont Krolockun qəsrinə tamamilə fərqli səbəblərlə gedirlər və vampirləri doğulduqlarına peşman

edirlər.

İstinadlar[redaktə | mənbəni redaktə et]