Qot (submədəniyyət)

1980-ci illərdə qot üslubunda geyinmiş qadın

Qot – 1980-ci illərin əvvəllərində Birləşmiş Krallıqda ortaya çıxan və musiqiyə əsaslanan bir subkulturadır. Postpank musiqi janrının bir qolu olan qotik rok pərəstişkarları tərəfindən əmələ gətirilmişdir. Goth(Qot) adı birbaşa musiqi janrından götürülüb. Qotik rok janrını ifa edən və Qotik subkulturanın formalaşmasında və inkişafında böyük əmək sahibi görkəmli post-pank sənətçilərindən bəziləri: Siouxsie and the Banshees, Bauhaus, The Cure və Joy Division .

Goth subkulturası öz dövrünün digər subkulturalarına nəzərən daha uzun müddət populyarlığını qoruyaraq qaldı və şaxələnməyə, bütün dünyaya yayılmağa davam etdi. Onun təsvirlərində və mədəni meyllərində 19-cu əsr Qotika fantastikasından və qorxu filmlərindən təsirlər gözə çarpır.

Səhnə olaraqda əsasən Qərbi Avropada təşkil olunan musiqi festivalları, gecə klublarında təşkil edilən görüşlər istifadə olunurdu. Subkultura özlüyündə musiqi, estetika və moda ilə əlaqəli zövqlərə sahibdir.

Qotların üstünlük verdiyi musiqi janrlarına qotik rok, ölüm rok, soyuq dalğa, qaranlıq dalğa və efir dalğası kimi bir sıra janrlar daxildir.[1] Subkultura daxilində geyim üslubları siyahısına punk, yeni dalğa və Yeni Romantik kimi moda üslubları vardır. O, həmçinin özündə Viktoriya, Edvard və Belle Epoque dövrləri kimi keçmiş dövrlərin dəbindən izlərini görürüb mənsiməyib. Üsluba ən çox tünd (adətən zil qara) geyim, qara makiyaj və zil qara saç daxildir. Bu subkultura meydana çıxdığı vaxtdan onilliklər sonra da geniş auditoriya tərəfindən maraqla qarşılanmağa davam edir.

  1. Nym, Alexander: Schillerndes Dunkel. Geschichte, Entwicklung und Themen der Gothic-Szene, Plöttner Verlag 2010, ISBN 3-862-11006-0, pp. 145−169