Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Qotland müqaviləsi (isv. Gotländska freden) — İsveç kralı III Maqnus Ladulosun vasitəçiliyi ilə İsveçin Qotland adasının kəndliləri ilə adanın ən böyük şəhəri olan Visbyu şəhərinin əhalisi arasında bağlanmış sülh müqaviləsi. Ehtimallara görə, onlar arasında münaqişə Baltik dənizində ticarətdən əldə olunan gəlirlər uğrunda rəqabət, həmçinin ada əhalisinin bu iki qrupu arasında şəhər əhalisinin Visbyuya daxil olan bütün növ mallardan aldığı rüsumlar haqqında fikir ayrılıqları nəticəsində yaranmışdır.[1] 1288-ci ildə Visbyu şəhər divarının tikintisi başa çatdıqdan sonra tətbiq edilən yeni rüsumlar kəndliləri qəzəbləndirmişdi.[2]
İsveç kralı çoxdan öz təsir dairəsini şərqə doğru genişləndirmək və Baltik dənizində gəlirli ticarətdən daha böyük pay almaq istəyirdi. Şəhər əhalisi ilə Qotland kəndliləri arasında yaranan qarşıdurma ona o vaxta qədər xeyli muxtariyyətə malik olan bu ada üzərində hakimiyyətini möhkəmləndirmək üçün əla fürsət yaratmışdı.[1][2]