Qoverla (ukr. Гове́рла, rum. Hovârla — "çətin keçilən zirvə"[1][2], mac. Hóvár) — Ukrayna ərazisində yerləşən ən hündür dağ zirvəsidir. Zirvə Zakarpat vilayəti ilə İvano-Frankov vilayəti arasında, Rumıniya ilə sərhəddən 17 km aralıda yerləşir[3]. Parpat dağlarının Çernoqor silsiləsində yerləşir. Zirvə dəniz səviyyəsindən 2061 m yüksəklikdə yerləşir.
Qoverla dağı | |
---|---|
ukr. Говерла | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2061 m |
Yerləşməsi | |
48°09′38″ şm. e. 24°30′12″ ş. u. | |
Ölkə | Ukrayna |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Zirvənin ətəklərindən Prut çayının qollarından biri başlanğıcını götürür. Dağa ilk turistik maşrut 1880-ci ildən açılmışdır. Zirvənin yaxınlığında Raxov, Yasinya və Voroxta.
Dağ turistik obyektdir. Aydın hava şəraitində zirvədən İvano Frankov vilayətinin iri şəhərlərini müşahidə etmək olur: İvano Frankov, Kolmıy və Snyatin şəhərləri. Üstəlik həmçimin Ruminiya şəhəri olan Siqetu-Marmasiev belə görünür. Zirvədən hətta Petros dağını müşahidə etmək olur. Cənub-şərqə doğru Çernoqor silsiləsi uzanır. Cənub-qərbdə isə Marmoroşski massivi yerləşir. Hansı ki, bu massivdə Rumıniya Ukrayna sərhədi keçir.
Qoverla və Prut haqqında çoxlu sayda əfsanələr vardır. Belə bir əfsanə vardır ki, Qoverla və Prut qız və oğlan olaraq bir-birini sevirdi. Ancaq qızın atası Molfar buna qarşı çıxır. Ata qızın onu görməməsi üçün oğlanı dağa yerləşdirir. Qız dağa çıxıb onu görməyə cəhd etsədə buna nail ola bilmir. Qız dağın ətəklərinə yaxın oturaraq ağlayır və oradan çay başlayır. Bu iki sevgili bu andan etibarən daim bir yerdədirlər.
Dağa çıxmaq məqsədi ilə 1100 m yüksəklikdə Zaroslyak düşərgəsi qurulmuşdur. Düşərgəyə Voroxta və Verxovinadan velosiped, avtomobil və piyata asanlıqla gəlmək olar. Yay ayları hətta heç bir təlim görmədən turistlər zirvəyə çıxa bilirlər[4].