Qoy danışsınlar![1] (isp. Digan lo que digan) — rejissor Mario Kamusun filmi.
Qoy danışsınlar | |
---|---|
isp. Digan lo que digan | |
Janr |
musiqili melodram |
Rejissor | Mario Kamus |
Ssenari müəllifləri |
Antonio Qala Migel Rubio |
Baş rollarda |
Rafael Martos Sançes Serena Verqano |
Operator | Xuan Xulio Baena] |
Bəstəkar | Anton Qarsia Abril |
İstehsalçı | Argentina Sono Film |
İlk baxış tarixi | 1968 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 93 dəq. |
Ölkələr |
İspaniya Argentina |
Dil | ispan dili |
İl | 1968 |
Rəng | rəngli |
IMDb | ID0062891 |
İki qardaş – müğənni Rafael və bəstəkar Migel uzun illərdir ki, bir-birilərini görmürlər. Rafael qardaşı ilə görüşmək üçün Avropadan Buenos Ayresə gəlir. Amma bu şəhərdə onu Migel yox, onun katibəsi — Blanka adlı bir qız qarşılayır. O, Rafaelə Migelin hal-hazırda şəhərdə olmadığını deyir. Gənc müğənni Rafael başa düşür ki, Blanka ondan qardaşı barədə nəsə gizlədir. Belə olduqda Rafael qardaşını özü axtarmağa başlayır. Filmin sonunda Rafael qardaşını tapmağa nail olur.