Qoyta — Rusiya ərazisində, Çeçenistan Respublikasın cənub-qərbində çay. Sunji çayının sağ qolu. Qoyta çayı Çeçenistanın paytaxtı Qroznı, Urus-Martan və Şatoy rayonları ərazisindən keçir.
Qoyta | |
---|---|
| |
Ölkə | Rusiya |
Mənsəbi | Sunja (Terekin qolu) |
Uzunluğu | 41 km |
Su hövzəsi | Sunja (Terekin qolu)→Terek→Xəzər dənizi |
Hövzəsinin sahəsi | 117 km² |
DSR[ru] | 07020001112108200005789 |
Qoyta çayı öz başlanğıcını Qarikinduk meşəsindən, Qoy-Korta dağının yaxınlığından götürür.[1] Çay şimala doğru axaraq Qoy-Çu kəndi yaxınlığından keçir. Qoyskoe kəndində Arqun kanalı ilə kəsişir. Daha sonra Qoyta kəndindən keçməklə şimala doğru axır. Qroznı şəhərində çay üzərində Çernoreçen su anbarı qurulub. Qoyta çayının mənsəbi Sayxanov küçəsinin qərbində, Sunja çayının sağ sahili boyunca 97 km məsafədədir. Çayın ümumi uzunluğu 41 km-dir. Çayın su toplayıcı sahəsi — 117 km-dir². Çay Sunja-Terek-Xəzər dənizi sisteminə aiddir.[2]
Çay Qərbi-Xəzər hövzəsinə daxildir. Qoyta Terek və Volqa çayları arasındakı çaylar hövzəsindədir. Rusiya dövlət su reyestrində çayın kodu — 07020001112108200005789[3].
Çayın adlanması haqqında bir çox versiyalar mövcuddur. Çay kənarında yerləşən Qoy-Çu, Qoyskoe və Qoyta toponimləri də eyni mənşəlidir. Yerli əhali arasında belə bir hekayə mövcuddur: Çay kənarında yaşayan əhali səhər durub çayda suyun olmadığını görmüş. Çay boyu hərəkət edib gördülər ki, böyük bir daş çayın qarşısını kəsib. Əhali birlikdə «Г1ой! Г1ой!» deyərək qışqırmış, yəni «Get! Get!». Onlar daşı itələyib kənara atmışlar. Bundan sonra çayın adı «Г1ой», kəndin adı isə – Qoyta (Г1ойт1а) adlanmışdır.[4]
«Qafqazın toponomiya lüğətində» belə izah olunur: «hidronomin tərcüməsinə əsasən - вайнахское гой — „döyüşçü“, „çay döyüşçüləri»[1].
1846-cı ildə çay kənarında olan Qoytin meşəsi məhf edildikdən sonra ərazidə yaşayan çeçenlərin bir qismi Qara dağlara ərazisinə köçürüldü. XX əsrin əvvələrində Qoyta çayının sağ sahili tamamilə meşə örtüyündən məhrum edildi. Sol sahildəki meşə zolağı isə çayın mənsəbinə kimi uzanırdı. Qoyta çayından iki etnoqrafik rayonun sərhəddi keçir — Böyük Çeçenistan və Kiçik Çeçenistan.[5]