Qoyun Şaun (animasiya filmi)

Qoyun Şaun — kukla multiplikasiya animasiyalı uşaq televiziya seriyasıdır. Sürünün başçısı Şaun adlı qoyundur və macəralar kiçik fermanın ətrafında baş verir. Bu animasiya filmi birinci dəfə 2007-ci ilin martında Böyük Britaniyanın CBBC kanalında yayımlanıb. Dünyada 180 ölkədə nümayiş olunub. O,hal-hazırda 107 dəqiqəlik epizoddan ibarətdir.

Qoyun Şaun
ing. Shaun the Sheep
Studiya Aardman Animations[d]
Ölkə
Dil ingilis dili
Mövsümlərin sayı 6
Seriyaların sayı 170
Seriyanın müddəti 7 dəq.
Nümayiş 10 aprel 2007
IMDb ID0983983
Rəsmi saytı
  • Şaun - animasiyanın baş qəhrəmanı və sürünün başçısı. Ağıllı, özünəgüvənən və dəcəlliyə meyillidir. Özünü və sürünü pis vəziyyətlərdən çıxarmaqdan çox bacarıqlıdır. Animasiyada dialoq olmadığından digər qoyunlarla mələmə dolu ilə ünsiyyət qurur və ümumən bir taxtaya diaqramlar, şəkillər çəkməklə sürüyə fikirlərini çatdırır. Bitzer ilə yaxşı dostluğu var, amma bu hərdən ona zarafatlar eləməsinə mane olmur.
  • Bitzer - sürünün çobvann iti. Göy papağı, böyük rəsmi qol saatıyla iş üçün hazırdır. İtlərə xas hürmə, hırıldama, hərdən də zınqıldama ilə ünsiyyət qurur. Fit çalaraq sürünü idarə edir. Tez-tez mahnıya qulaq asarkən tutulsa da, işinə ciddi yanaşır. Sürünü problemdən qutarmaq üçün əlindən gələni edir.
  • Şirley - sürünün ən böyük üzvüdür. Nəzakətli bir nəhəng, ümumən sakitcə yemək yeyən şəkildə təsvir olunur. Amma pişik Pidsleyi qorxudacaq qədər qorxuducu ola da bilir. O qədər böyükdür ki, tez-tez harasa ilişib qalır. Belə olanda digər qoyunların onu itələməsi, çəkməsi hətta sapandla vurnası lazım gəlir. Bununla birlikdə bir toxmaq və ya bənzər şəkildəhərəkət etdiriləməyən bir şeyə ehtiyac olanda Şirley çox faydalı olur. O, özünü yeməy həsr etmiş biridir. Yemək üçün kor-koranə qaçar, hətta ortalıqda yemək olmasa belə. Nə qədər iri olsa da, diet və idman ilə Şaun qədər arıq ola biləcəyini sübut edib.
  • Timmi - sürüdəki tək quzu. Dolayısıyla çox vaxt xaosun mərkəzi olur. Timmi tez-tezz Şaun kimi olmağa çalışır. Bəzən məsuliyyətli davranır, yetuşkin qoyunların nə dediyini anlayır. Bəzən isə tipik bala kimi ondan bir şey alınanda, ya da qorudulanda hıçqıraraq ağlayır.
  • Timminin anası - Şaunun xalası. Bbaşında lülələri var. Analıq işlərində bir aaz diqqətsizdir. Hətta Tommini bir neçə dəfə keçici boya fırçası olaraq işlədib.
  • Hazel - çox hallarda Hazelin əsəbləri yerində olmur. Ən balaca şeyə reaksiya verən və tez-tez əsəbi halda mələyən utancaq bir qoyundur. Fermerin karavanı şəhərə doğru yola düşəndə Hazel qorxusu çətinliklə yatıra bilir. Amma sürününn geri qalanıyla birlikdə qaçaq bir karavanın izindən qaçarkən Hael xəyal etdiyindən daha cəsur olduğunu və şəhərdə yaşamağın qorxuducu olsa da, arda-sırada qorxularla üzləşmənin yaxşı olduğunu kəşf edir.
  • Sürü - tipik qoyunlar kimi Şaunu və bir-birlərini izləyib təkrarlayır, əmirlərə itaət edirlər. Bəzən narazılıqlar olsa da, böyük və xoşbəxt ailə qruğu əmələ gətirir. Bununla birlikdə Şaunun əksinə ağıllı deyillər v insanlara olan böyük heranlıqla birləşəndə bəzi problemlər yaranır. Ortaya çıxan qarışıqlıqları əsasən Şaun və Bitzer həll edir.
  • Fermer - yanında Bitzer ilə ferma nı idarə edən eynəkli daz adamdır. Tamaşaçılar onun tez-tez sözsüz səslər çıxararaq anlamsız şəkildə danışmasını, ya da mırıldadığını eşidə bilir. Sevgili tapmabarəsində təşəbbüsləri animasiyanı daha da maraqlı edir.
  • Dəcəl donuzlar - qoyunlara bitişik sahədə yaşayan donuzlar qohumlarla kobud rəftar edir. Həmişə onları cətinə salmağa çalışırlar. Bununla yanaşı, Bitzerdən qorxurlar (amma mümkün olduqca ona da kobudluq etməyə çalışırlar). Əsl donuz səsləriylə əlaqə saxlayırlar.