Qozluçay döyüşü

Qozluçay döyüşüSəfəvi-Osmanlı müharibələri zamanı Qozluçay sahilində vuruşma. Osmanlıların zəbt etdiyi Qarabağı geri qaytarmağa çalışan I Şah Abbas Hüseyn xan Ziyadoğlu-Qacarı qoşunla 1604-cü ildə Qarabağa göndərmişdir. Araz çayını keçən Hüseyn xan Qacarın qoşunu Qozluçayın sahilində düşərgə salmışdır. Gəncə bəylərbəyi Davud paşanın 7 min nəfərlik qoşununa qarşı döyüşdə məğlub edilən Hüseyn xan geri çəkilməyə məcbur olmuşdur.[1][2]

Qozluçay döyüşü
Səfəvi-Osmanlı müharibələri
Yeri Qozluçay sahili
Nəticəsi Səfəvilər məğlub oldu
Münaqişə tərəfləri

Osmanlı

Səfəvilər

Komandan(lar)

Davud paşa

Hüseyn xan Ziyadoğlu-Qacar

  1. Гозлучај // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: ГајыбовЕлдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 195.
  2. e-derslik.edu.az. "Səfəvilər dövründə Qarabağda siyasi və sosial-iqtisadi vəziyyət" (az.). 2021-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2021.