Qozluçay

QozluçayAraz çayının sol qolu.

Qozluçay
Ölkə  Azərbaycan
Keçdiyi ərazilər Xocavənd
Füzuli
Mənbəyi  
 • Yüksəkliyi 1520 m
Mənsəbi Araz çayı
Uzunluğu 28 km
Hövzəsinin sahəsi 100 km²

Qozluçay Arazın sol qoludur. Dizaq mahalmdakı dağlardan başlayır.[1] XocavəndFüzuli rayonları ərazisindən axır.[2] Uzunluğu 28 km, hövzəsinin sahəsi 100 kvadrat km-dir. Başlanğıcını Kiçik Qafqazın cənub-şərq yamacının 1520 m hündürlüyündən götürür. Suyunun çox hissəsini yağış suları təşkil edir. Yalnız güclü yağışlar zamanı suyu Araza çatır. Daimi axara malik deyildir. Çayın suyundan suvarma işlərində qismən istifadə olunur.

  1. www.anl.az https://www.anl.az/down/meqale/xalqcebhesi/2018/fevral/577455.htm (#bare_url_missing_title). İstifadə tarixi: 2024-08-27.
  2. "Arxivlənmiş surət". anl.az. 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.