Qranada müharibəsi (isp. Guerra de Granada) — Pireney yarımadası ərazisində xristian və müsəlman hökmdarları arasında qarşıdurmanın 28 fevral 1482-ci ildən 2 yanvar 1492-ci illərə qədərki dövrü əhatə ədən son mərhələsi. Xristianların qələbəsi və Rekonkistanın sonu ilə yekunlaşmışdır. Demək olar on il davam etmiş müharibə davamlı bir proses deyildi, adətən yazda başlayan və qışda kəsilən bir sıra kampaniyalardan ibarət idi. Qranada əmirliyinin əhalisi daxili qarşıdurma və vətəndaş müharibəsi səbəbindən bölünmüşdü, xristianlar isə ümumi çərçivədə birləşmişdilər. Müharibə həm də xristianların artilleriyadan səmərəli istifadəsi ilə xarakterizə olunurdu. Bu, onlara əks halda uzun müddət mühasirəyə alınmalı olan şəhərləri tez bir zamanda ələ keçirməyə imkan verirdi. Müharibə 1492-ci ildə Qranadanın süqutu ilə yekunlaşmışdır. Müharibə II Araqonlu Ferdinand və I Kastiliyalı İzabellanın birgə təşəbbüsü idi. Müharibə üçün qoşunların və vəsaitlərin çoxu Kastiliyadan gəldiyi üçün Qranada Kastiliya torpaqlarına birləşdirilmişdir. Qranada əmirliyinin mövcudluğunu dayandırmasına baxmayaraq, onun müsəlman əhalisinin əhəmiyyətli bir hissəsi (təxminən yarım milyon) – morisklər İspaniyada qalmışdılar. Onlar XVI əsrdə morisklərin deportasiyasına qədər dini zəmində toqquşmalara səbəb olmuşdur.[1][2][3]։
Qranada müharibəsi | |
---|---|
Tarix | 2 yanvar 1492 |
Vikianbarda əlaqəli mediafayllar |