I İzabella (Kastiliya kraliçası)

Kastiliyalı I İzabella (isp. Isabel I la Católica; 22 aprel 1451[1][2]26 noyabr 1504[2]) — Kastiliya və Leon kraliçası, Araqon kralı Ferdinandın xanımı, Araqon kraliçası.

I İzabella
isp. Isabel la Católica
11 dekabr 1474 – 26 noyabr 1504
ƏvvəlkiIV Henri
SonrakıKastiliyalı Yuanna
20 yanvar 1479 – 26 noyabr 1504
ƏvvəlkiYuanna Enrikes
SonrakıGerman de Foks
Şəxsi məlumatlar
Doğum adı Isabel de Castilla
Doğum tarixi 22 aprel 1451[1][2]
Vəfat tarixi 26 noyabr 1504[2] (53 yaşında)
Dəfn yeri
  • Qranada krallıq kilsəsi[d][4]
Fəaliyyəti rəhbər
Atası Kastiliyalı II Xuan[3]
Anası Portuqaliyalı İzabella[3]
Həyat yoldaşı
Uşaqları
Ailəsi Trastamar sülaləsi
Dini katolisizm

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Taxt uğrunda apardığı mübarizənin ardından İzabella hökumət sistemini yenidən tənzimlədi və krallığın qardaşı dönəmindən qalan borclarını azaltdı. 1469-cu ildə Ferdinandla baş tutan evliliyi bugünkü İspaniyanın yaranmasına şərait yaratdı.

İzabella və Ferdinand rekonkista əməliyyatını tamamladıqları, İspaniyadakı müsəlmanyəhudiləri sürgün etdikləri, Xristofor Kolumbun 1492 səfərini dəstələdikləri və maliyyələşdirdikləri ilə tanındılar. İzabella və əri Ferdinand Papa VI Aleksandr tərəfindən "Katolik monarx" ünvanı aldılar və 1974-cü ildə Roma-Katolik kilsəsi tərəfindən "Tanrının xidmətçisi" olaraq elan edildilər.

İzabella 22 aprel 1451-ci ildə Kastiliya kralı II Con və ikinci xanımı Portuqaliyalı İzabellanın yeganə qızı olaraq Avilada dünyaya gəldi. Dünyaya gəlişiylə özündən böyük ögey qardaşı Henridən sonra taxt sırasında ikinci yeri tutdu. Üstəlik o əsnada 26 yaşlı Henri evli olsa da, övladı yox idi. 2 il sonra qardaşı Alfonsonun dünyaya gəlişiylə taxt sırasında üçüncü yerə düşdü. Atasının 1454-cü ildə vəfatının ardından ögey qardaşı IV Henri olaraq taxta keçdi və İzabella kiçik qardaşıyla birlikdə kralın himayəsinə verildi. Yeni kralın əmriylə İzabella anası və qardaşıyla birlikdə Arevalo əyalətinə göndərildi.

Bu illər İzabella üçün olduqca çalxantılı keçdi. Belə ki, Arevalodakı həyatları yoxsulluq içində keçdi. Əslində atası öz vəsiyyətində övladlarına külli miqdarda mal-mülk buraxmışdı. Ancaq ögey qardaşı IV Henrinin hərisliyi və ya bacarıqsızlığı səbəbilə mərhum kralın vəsiyyəti yerinə gətirilmədi. Olduqca çətin vəziyyətdə yaşasa da, anasının səyləriylə əsaslı dini inanc dərsləri aldı.

Kralın xanımı Portuqaliyalı Yuanna hamiləliyinin son günlərində İzabella və qardaşını Seqoviyadakı sarayına aldırdı. İzabella kraliçanın xidmətçi alayına alındı, Alfonso isə xüsusi dayələrin baxımına verildi. Bu əsnada yazı, tarix, hesab, şahmat, rəqs və musiqi dərsləri alan İzabella bu müddət ərzində ögey qardaşının qoyduğu qadağa səbəbilə Seqoviyadan ayrılmadı. Üstəlik, IV Henri bacısını dövlət işlərindən və krallığın siyasi həyatından uzaq tutmağa çalışırdı.

IV Henri 2 dəfə evlənmiş ancaq yalnız 1 qız uşağı dünyaya gəlmişdi. Yuanna adlı bu qız uşağının isə atasının kim olduğu barədə şaiyələr gəzməkdə idi. Krallığın hələ də vəliəhdsiz olmasından qorxuya düşən saray əyanları kralı, kiçik qardaşı Alfonsonu varisi olaraq elan etməyə məcbur etdilər. Onlar hətta bu uğurda krala qarşı silahlı çatışmaya girdilər. IV Henri qızı Yuanna ilə evlənməsi şərtiylə qardaşı Alfonsonu varisi elan etməyi qəbul etdi. Asturiya şahzadəsi elan edildikdən bir müddət sonra Alfonso 5 iyul 1468-ci ildə vəbadan vəfat etdi. Onu dəstəkləyən zadəganlar bu ölümün ardında kralın olduğunu iddia etdilər. 2013-cü ildə məzarında aparılan tədqiqatlar nəticəsində onun vəba deyil, zəhərlənərək öldürüldüyü sübut edildi. Alfonso ölüm yatağında ikən varisi olaraq böyük bacısı İzabellanı seçdi və nəticədə IV Henriyə müxalif olan zadəganlar onun ətrafında toplanmağa başladılar. İzabella isə qardaşının əksinə taxt varisliyini əmin-amanlıqla almaq niyyətində idi. Bu səbəblə kralla danışıq yolunu seçdi. Müzakirələrin ardından IV Henri İzabellanı, kralın icazəsi olmadan evlənməməsi şərtilə, varisi olaraq qəbul etdi.

İzabellanın kimlə evlənəcəyi isə uzun zamandır müzakirə edilirdi. Belə ki, qardaşı daxildə çıxan qarışıqlıq səbəbilə özünə güclü müttəfiq axtarırdı və bunun üçün siyasi evlilik şərt idi. Əlində bu evlilik üçün isə yalnız bacısı İzabella vardı. Onun evliliyi ilk dəfə 6 yaşında ikən Navarra kralı II Conun oğlu Ferdinandla (gələcək əri) müzakirə edildi. Qardaşı IV Henri tərəfindən aparılan müzakirələrin ardından cütlük nişanlanmış, ancaq bu nişan çox keçmədən pozulmuşdu. Daha sonra Navarra kralına qarşı onun böyük oğlu Karlla danışıqlar aparıldı və gəlinən razılığa görə, İzabella Karlla nişanlandı. Ancaq bu plandan xəbərdar olan II Con dərhal oğlunu həbs etdirdi. Karl 1461-ci ildə vəfat etdi.

1465-ci ildə IV Henri bacısını bu dəfə də qaynı olan Portuqaliya kralı V Afonsoyla evləndirmək istədi. Xanımı Portuqaliyalı Yuannanın tərtib etdiyi bu evlilik planı da İzabellanın rədd cavabıyla pozuldu. Həm daxili çəkişmələr, həm də özünə müttəfiq tapa bilməməsi nəticəsində Kastiliyada vətəndaş müharibəsi başladı. Vəziyyəti öz xeyrinə dəyişmək üçün IV Henri bacısını saray əyanlarından birinin qardaşı olan Pedro Gironla evləndirmək istədi. Qarşılığında isə Don Pedro kral xəzinəsinə yüklü miqdarda məbləğ ödəyəcəkdi. İzabella bu təklifi qəbul etməsə də, bu evliliyə məcbur qaldı. Ancaq Don Pedro nişanlısını görmək üçün çıxdığı səfərin sonunda xəstələnərək vəfat etdi.

Qardaşının vəfatından sonra İzabella 19 sentyabr 1468-ci ildə taxtın varisi elan edildi və bundan sonra evlilik planları daha da önəmli oldu. Həmin il Portuqaliya kralı V Afonso yenidən onunla evlənmək istəsə də, İzabella bu təklifi də qəbul etmədi və ilk nişanlısı olan Araqonlu Ferdinandla evlənmək üzrə gizlicə fəaliyyə başladı. 18 oktyabr 1469-cu ildə cütlük kağız üzərində nişanlandı. Ancaq onlar qohum idi — babaları III HenriI Ferdinand qardaş idi. Bunun üçün Roma papasından xüsusi icazə alındı. Daha sonra İzabella mərhum qardaşının məzarını ziyarət etmə bəhanəsiylə qardaşının sarayından qaçdı. Digər tərəfdən Ferdinand xidmətçi paltarında Kastiliya sərhəddini keçdi və cütlük 19 oktyabr 1469-cu ildə Valyadoliddəki Vivero sarayında gizlicə evləndilər.

Taxta çıxışı

[redaktə | mənbəni redaktə et]

11 dekabr 1474-cü ildə IV Henri vəfat etdi və ertəsi gün İzabella dərhal Seqoviyaya çağırıldı və Kastiliya-Leon kraliçası elan edildi. Ancaq onun səltənəti olduqca çətin başladı. Belə ki, vəfat edən ögey qardaşı IV Henri onu varisi elan etsə də, öz qızı Yuanna da taxt iddiasını davam etdirirdi. Bəzi yerli zadəganların da dəstəyini alan Yuanna dayısı olan Portuqaliya kralı V Afonsoyla evlənərək özünə müttəfiq qazanmağı planlamışdı. 1475-ci ilin mayında V Afonso Kastiliya torpaqlarına daxil oldu və Yuanna ilə evləndi. Bir il boyunca davam edən daxili çəkişmələrin sonunda Yuanna ölkədən qaçmağa məcbur oldu. Səltənətinin təhlükəsizliyini təmin etmək məqsədilə böyük qızı və adaşı İzabellanı 1476-cı ilin oktyabrında Kastiliya taxtının varisi elan etdi.

Həmin ilin avqustunda İzabella təkbaşına monarx olduğunu bir daha sübut etdi. Belə ki, əri Ferdinandın müharibədə olması səbəbilə, Seqoviyada başlayan üsyanı yatırmaq üçün təkbaşına orduya rəhbərlik etdi. Ətrafındakı müşavirlərinin təkidlərini qəbul etməyərək şəhərə daxil oldu və üsyan rəhbərləriylə danışıq apararaq üsyanı yatırdı. 2 il sonra — 30 iyun 1478-ci ildə İzabella yeganə oğlu olan Conu dünyaya gətirdi və beləcə, öz səltənətini daha da möhkəmləndirdi.

Kraliça İzabella gənc yaşlarında, 1482

Digər yandan KastiliyaPortuqaliya qüvvələri dənizdə də döyüşməyə davam etdi. Nəhayət, müharibənin sonunda Portuqaliya dənizdə, Kastiliya isə qururda qələbə qazandı. Tərəflər 4 sentyabr 1479-cu ildə sülh sazişi bağladılar. Sazişə əsasən, Yuanna Kastiliya taxt-tacından əl çəkməli və Kastiliya döyüş təzminatı ödəməli idi.

Reformasiya və islahat işləri

[redaktə | mənbəni redaktə et]

Asayişin təmin edilməsi

[redaktə | mənbəni redaktə et]

İzabella 1474-cü ildə səltənəti ələ aldığı dönəmdə Kastiliya IV Henri dönəmindən qalan ümidsizliyin içində idi. IV Henri olduqca bədxərc idi və krallığın asayişi tamamilə pozulmuşdu. Oğurluq, cinayət, təcavüz və bu kimi ağır cinayətlər cəzasız qalırdı və bu da cəmiyyətin sosial həyatını məhv edirdi. Bu səbəblə islahat işlərinə olduqca sərt və qərarlı şəkildə başladı. Bu yolda atılan ən böyük addım isə 1476-cı ildə La Santa Hermandad ("Müqəddəs qardaşlıq") birliyinin qurulması oldu. Bu anlayış, yollarda və ətraf bölgələrdə gəzərək təqsirli görülən şəxsləri cəzalandıran, nizam-intizamı təmin edən və öz istəyilə bir araya gələn sivil şəxslər üçün istifadə edilirdi. Bu tip birliklər ilk dəfə 1476-cı ildə Kastiliya, LeonAsturiya bölgələrində tədbiq edilməyə başlandı.

1481-ci ildə 2 məsul şəxs Qalisiya bölgəsini nizama salmaq üçün göndərildi. Bu çalxantılı əyalət İzabellanın atası II Conun səltənətindən bəri tiranlıq edən zadəganların əlində oyuncaq olmuşdu. Əsas yollar ələ keçirilmiş, kiçik qəsəbə və kəndlərə basqınlar tərtib edilirdi. İzabella tərəfindən göndərilən məmurlar qısa müddət ərzində əyaləti ələ aldılar. 1500-dən çox təqsirli görülən şəxs əyalətdən sürgün edildi.

Maliyyə islahatları

[redaktə | mənbəni redaktə et]

İzabella səltənətinin ilk ilindən etibarən krallığın maliyyə vəziyyətinin pis olduğunu bilirdi. Ögey qardaşı IV Henrinin səltənəti Kastiliya krallığını böyük borc içinə salmışdı. Bunun əsas səbəbi isə IV Henrinin dövlət xəzinəsini doldurmaq məqsədilə, monarx ailəsinə aid mülk və torpaqları dəyərindən daha aşağı qiymətə satması idi. 1480-ci ildə aparılan araşdırmaların ardından maliyyə vəziyyətini düzəltməyin yeganə yolu olaraq bu mülklərin geri alınması göstərildi. Bu qərar sarayın öndə gələn zadəganları tərəfindən də müsbət qarşılandı ancaq İzabella belə sərt təsbirin alınmasından çəkinirdi. Bu səbəblə İspaniya kardinalının IV Henri dönəmində satılan əmlaklarla bağlı araşdırma aparmasına qərar verildi. Qarşılıqsız verilən torpaqlar təzminat ödənilmədən geri alındı. Dəyərindən aşağı qiymətə satılan torpaqlar isə eyni məbləğ ödənilərək geri alındı. Nəticədə krallığın xəzinəsi dolub daşdı. Ancaq İzabellanın tək şərti kilsələrə, xəstəxanalara və yoxullara verilən əmlakların geri alınmaması idi.

Digər maliyyə problemi isə krallıqda sayı hədsiz artan zərbxana və dövriyyəyə həddindən çox pulun buraxılması idi. Təkcə IV Henrinin səltənətində sikkə kəsilən zərbxanaların sayı 5-dən 150-yə yüksəlmişdi. Yaranan inflyasiyanın önünü almaq üçün əvvəlcə zərbxanaların böyük bir hissəsi bağlandı və pul kəsmə səlahiyyəti monarxın əlində toplandı.

Qranada əmirliyinin ələ keçirilməsi

[redaktə | mənbəni redaktə et]

Rekonkista əməliyyatından sonra Qranada əmirliyi öz varlığını hələ də davam etdirirdi. Bu əmirlik müsəlman Nasirilər sülaləsi tərəfindən idarə olunurdu və coğrafi mövqeyi səbəbilə ispanlara qarşı mübarizəni davam etdirirdi. 1 fevral 1482-ci ildə İzabella və Ferdinand bölgəyə gəldilər və bu səyahət Qranada əmirliyinə qarşı hərbi əməliyyatla davam etdi. Qranadada baş verən daxili çəkişmələrə baxmayaraq bölgə 10 il ərzində ələ keçirilə bildi.

Krallığın hər tərəfindən, eləcə də bəzi Avropa ölkələrindən əsgər toplayan İzabella və Ferdinand Qranadanı hissə-hissə işğal etməyə başladılar. 1485-ci ildə Ronda qalası mühasirəyə alındı və aramsız top atəşi səbəbilə yalnız 2 həftə sonra ələ keçirildi. Ardından Loja və Malaqa qalalarının ələ keçirilməsiylə əmirliyin qərb torpaqlarının işğalı tamamlandı. 1491-ci ilin yazında əmirliyin mərkəzi hesab edilən Qranada şəhəri mühasirəyə alındı və ilin sonunda son Nasiri kralı XII Məhəmməd əbu Abdullah təslim oldu. 2 yanvar 1492-ci ildə İzabella və Ferdinand şəhərə daxil oldular və şəhərin cümə məscidini kilsəyə çevirdilər. Həmin ilin sonunda bağlanan Qranada sülhü ilə ispanlar bölgədə yaşayan müsəlman və yəhudilərin əmin-amanlıqla yaşamasına icazə verdilər.

Xristofor Kolumb və Portuqaliyalılarla əlaqələr

[redaktə | mənbəni redaktə et]
Xristofor Kolumb "Katolik monarxlar"ın qəbulunda

Qranadanın ələ keçirilməsindən cəmi 3 ay sonra İzabella, Hindistana dəniz yolunu kəşf etməsi üçün Xristofor Kolumbu himayəsinə aldı. 3 avqustda yola düşən Xristofor Kolumb 12 oktyabrda Yeni dünyaya çatdı. Ertəsi il geri döndü və ələ keçirdiyi əsirlərlə qiymətli hədiyyələri İzabellaya təqdim etdi. Kraliçanın onu dəstəkləməsinə baxmayaraq xəzinə sənədlərinə görə, Kolumb ilk səyahətindən döndükdən sonra 1493-cü ilin sonuna qədər dövlətdən heç bir maddi yardım ala bilmədi. 1494-cü ildə Portuqaliya kralı II Conla bağlanan Tordesillas sazişi ilə İzabella və Ferdinand Avropadan kənarda qalan Yeni dünyanın torpaqlarını aralarında bölüşdürdü. Sazişə əsasən ispanlar Cənubi Amerika üzərindəki Portuqaliya hakimiyyətini tanıdılar. Üstəlik, 1500-cü ildə verilən qərarla, müstəmləkə bölgəsində krallığın tabeliyini qəbul edən yerli əhaliyə vətəndaşlıq verildi.

Yəhudilərin qovulması

[redaktə | mənbəni redaktə et]

İspaniya inkvizisiya məhkəməsinin qurulmasından sonra İzabella və Ferdinand ölkədə dini və milli birlik yaratma siyasəti yürütdülər. İzabella iqtisadi tarazlığın pozulmasından çəkinərək yəhudilərin ölkədən qovulmasına qarşı çıxsa da, ölkədəki din xadimləri Ferdinandı razı saldılar. 31 mart 1492-ci ildə elan edilən Əlhambra qanunnaməsi ilə ölkədəki bütün yəhudilərin qovulmasına qərar verildi. Həmin ilin iyuluna qədər vaxt verildi və ölkəni tərk edərkən yəhudilərin özləriylə qızıl, gümüş, pul və ya atlarını aparması qadağan edildi. Bu qanunla 200 min yəhudinin sürgün edildiyi deyilsə də, bir çox araşdırmaçıya görə bu rəqəm şişirdilmiş göstəricidir. Belə ki, tədqiqatçılara görə ölkədəki 80 min yəhudinin yalnız yarısı sürgün edildi. Qalanı isə din dəyişdirməyə məcbur edildi.

Kraliça İzabella son illərində, 1504

İspaniyanın birləşdirilməsinin ardından İzabella və Ferdinand ölkəni ortaq dini inanc altında birləşdirməyə davam etdilər. Bunun ilk göstəricisi olaraq inkvizisiya məhkəməsi dövlət qurumuna çevrildi. 1499-cu ildə əsarət altında tutulan müsəlmanların üsyan etməsinin ardından, 1502-ci ildə Qranada sülhünün şərtləri pozuldu. Müsəlman əhali xristian olmağa və ya ölkəni tərk etməyə məcbur edildi.

Digər tərəfdən əri Ferdinandla qurduğu imperiyanın özündən sonra da davam edə bilməsi üçün övladları vasitəsilə Avropanın digər nəhəng dövlətləriylə qırılmaz əlaqələr qurdu. Yeganə oğlu və varisi olan Şahzadə Con Habsburqlu Marqaritayla; böyük qızı İzabella Portuqaliya kralı I Manuellə, digər qızı Yuanna isə Habsburqlu Filiplə evlənmişdi. Ancaq İzabellanın planları alınmadı. Oğlu Con evləndikdən qısa müddət sonra övladı olmadan vəfat etdi. Böyük qızı İzabella isə yeganə övladı olan Miquel da Pazın doğumu əsnasında ölmüşdü. Varis elan etdikləri nəvəsi Miquel isə 2 yaşı tamam olmadan vəfat etdi. Qızının vəfatından sonra münasibətləri qorumaq üçün dul qalan Portuqaliya kralı ilə digər qızı Mariyanı evləndirdi. Ən kiçik qızı Ketrin isə İngiltərə kralının varisi Artur Tüdorla evləndi. Ancaq vəliəhdin gənc yaşda vəfatının ardından, Ketrin onun qardaşı və gələcək İngiltərə kralı Henriylə evləndi.

1496-cı ildə anasının, 1497-ci ildə yeganə oğlunun, 1498-ci ildə isə qızı İzabellanın ölümündən sonra kraliçanın səhhəti pisləşməyə başladı. İzabella 14 sentyabr 1504-cü ildə rəsmi şəkildə dövlət işlərindən əl çəkdiyini elan etdi və çox keçmədən 26 noyabrda vəfat etdi. Cənazəsi Qranada krallıq kilsəsində nəvəsi Miquelin yanına dəfn olundu. Özündən sonra vəfat edən əri Ferdinand, qızı Yuanna və onun əri Filip də İzabellanın yanına dəfn olundu.