Qrand-Preri

Qrand-PreriKanadanın Alberta vilayətində şəhər.

Şəhər
Qrand-Preri
55°10′ şm. e. 118°48′ q. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 30 aprel 1914
Sahəsi
  • 62,3 km²
  • 132,73 km²[1]
Mərkəzin hündürlüyü 650 ± 1 m
Əhalisi
Əhalisi
  • 64.141 nəf. (2021)[2]
Rəqəmsal identifikatorlar
Poçt indeksi T8V, T8W, T8X
cityofgp.com
Xəritəni göstər/gizlə
Qrand-Preri xəritədə
Qrand-Preri
Qrand-Preri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər Alberta vilayətinin şimal qərbində yerləşir. Şəhərin əhalisi son illər sürətlə armağa başlamışdır. Tarixi baxımdan böyük önəmə sahib olmayan şəhər Alberta vilayətinin ən böyük 7-ci şəhəridir. EdmantonKalqari şəhərlərindən sonra yerləşdiyi əyalətdə iqtisadi baxımdan üçüncü yerdə dayanır. Burada neft, qaz, kənd təsərrüfatı, meşə sənayesi yüksək səviyyədə inkişaf etmişdir. Şəhərin Alberta və Britaniya Kolumbiyası əyalətlərinin sərhəddinə yaxın olması, şəhərdən gündəlik çoxlu sayda yük maşınlarının keçməsinə səbəb olur. Alberta vilayətində alınan mallara vergi təyin edilməməsi səbəbindən, bazar günləri ətraf şəhərlədən bura gələnlərin sayı kəskin artır.

Əhalisi[redaktə | mənbəni redaktə et]

İllərə görə əhalinin sayı
İl Əhali
1921 1.061
1931 1.464
1941 1.724
1951 2.664
1961 8.352
1971 13.079
1981 24.263
1991 28.271
2001 36.983
2006 47.076
2007 50.227
  1. Population and dwelling counts, for Canada, provinces and territories, and census subdivisions (municipalities), 2016 and 2011 censuses – 100% data. 2019.
  2. Canada 2021 Census.