Qrem Qrin (ing. Henry Graham Greene; 2 oktyabr 1904 – 3 aprel 1991) — İngilis əhvalat və roman yazıçısı. Əsərlərinin əksəriyyəti müasir dünyanın mürəkkəb əxlaqi və siyasi problemlərindən bəhs edir. 1935-ci ildə yazdığı England Made Me adlı romanından başqa digər əsərlərində katolik mövzular yer alır. Bu mövzuların ən çox ağırlıq təşkil etdiyi dörd roman Brighton Rock, The Power and the Glory, The Heart of the Matter və The End of the Affairdir. Bir dövr MI6 agenti olaraq da vəzifə etmiş olan Qrin, xüsusilə 1955-ci ilə aid Səssiz Amerikalıdan sonra beynəlxalq siyasət və casusluq fəaliyyəti haqqında bir çox roman yazmışdır. Bunlar arasında ən əhəmiyyətliləri Our Man in Havana ("Havanadakı adamımız"), Haitidəki Duvalye diktatorluğundan bəhs edən The Comedians ("Məzhəkəçilər"), The Honorary Consul ("Fəxri konsul") və The Human Factor ("İnsan amili") əsərləridir.
Qrem Qrin | |
---|---|
Henry Green | |
Doğum adı | Henry Graham Greene |
Doğum tarixi | |
Doğum yeri | Berkhamsted, Hertfordshire, İngiltərə |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Vevey, İsveçrə |
Vəfat səbəbi | leykoz |
Vətəndaşlığı | Britanyalı |
Təhsili | |
Fəaliyyəti | yazıçı, roman yazıçısı, dramaturq, jurnalist, ssenarist, avtobioqraf[d], uşaq ədəbiyyatı yazıçısı, casus |
Fəaliyyət illəri | 1925 - 1991 |
İlk əsəri | The Man Within |
Üzvlüyü |
|
Mükafatları | |
grahamgreenebt.org | |
Vikianbarda əlaqəli mediafayllar |