Qrayms (Əsl adı: Kleyr Elis Buşe; 17 mart 1988, Vankuver, Britaniya Kolumbiyası[3]) — kanadalı müğənni, bəstəkar və musiqi prodüseri.[4][5][6]
Grimes | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum adı | Claire Elise Boucher |
Ləqəbləri | |
Doğum tarixi | 17 mart 1988 (36 yaş) |
Doğum yeri |
|
Uşaqları | |
Partnyorları | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, müğənni, bəstəkar, rejissor, bloger[d], DJ producer[d], musiqi videosu rejissoru[d], mahnı yazarı[d], prodüser, rəssam, kinorejissor |
Fəaliyyət illəri | 2007-ci ildən |
Janrlar | elektronika, art pop, sinti-pop, indi-pop, eksperimental musiqi[d], drim-pop[d], ambient, müasir R&B[d] |
Musiqi alətləri | klavişli alət[d] |
Səs tembri | soprano |
Albom şirkətləri | Arbutus, 4AD, Roc Nation |
Təhsili | |
grimesmusic.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Kleyr 17 mart 1988-ci ildə Britaniya Kolumbiyasının Vankuver şəhərində anadan olub və burada böyüyüb.[7] O əslən ukraynalı və italyandır.[8][9][10][11] Roma-Katolik məktəbində təhsil aldı.[12] 2006-cı ildə MakQil Universitetində təhsil almaq üçün Monreala köçüb, lakin 2011-ci ilin əvvəlində təhsilini bitirməmiş universitetdən ayrılmışdır.[13][14][15]
Qrayms, 2007-ci ildə musiqi karyerasına başlayıb. 2010-cu ildə "Geidi Primes" və "Halfaxa" adlı iki albom buraxıb. 2012-ci ildə isə "Visions" adlı albomu ilə beynəlxalq səviyyədə tanınıb. "Visions" albomu, tənqidçilər tərəfindən yüksək qiymətləndirilib və bir çox "ilin ən yaxşı albomu" siyahısına daxil edilib.
Qrayms, 2015-ci ildə "Art Angels" adlı dördüncü studiya albomunu buraxıb. Bu albom da tənqidçilər tərəfindən müsbət qarşılanıb və kommersiya baxımından uğur qazanıb.
2020-ci ildə Qrayms "Miss Anthropocene" adlı beşinci studiya albomunu buraxıb. Bu albom, iqlim dəyişikliyi və ətraf mühit məsələlərindən bəhs edir.
İl | Mükafat | Kateqoriya | İş | Nəticə |
---|---|---|---|---|
2012 | Polaris Music Prize | Best Canada Album of 2012 | Visions | Namizəd |
2013 | Juno Awards | Breakthrough Artist of the Year | Özü | Namizəd |
Electronic Album of the Year | Visions | Qazandı | ||
MuchMusic Video Awards[16] | Dance Video of the Year | "Genesis" | Namizəd | |
2015 | Video of the Year | "Go" | Namizəd | |
Best Post-Production | Namizəd | |||
Best Director | Namizəd | |||
2016 | International Dance Music Awards[17] | Best Alternative/Indie Rock Dance Track | Flesh Without Blood | Namizəd |