Qrin-Draqon meyxanası (ing. Green Dragon Tavern) — Bostonda Yunyon-Strit üzərində yerləşən pab. Həm masonlar, həm də "Azadlıq oğulları" üçün məşhur görüş olmuşdur. 1832-ci ildə sökülmüşdür.[1]
Qrin-Draqon meyxanası | |
---|---|
Ümumi məlumatlar | |
Növü | taverna |
Ölkə | |
Koordinatlar | 42°21′21″ şm. e. 71°03′32″ q. u. |
Vikianbarda əlaqəli mediafayllar |
Qrin-Draqon meyxanası Bostonun şimal ucunda yerləşən Qrin-Draqon-Leyndə (indiki Yunyon-Strit) yerləşirdi.[2] 0.75 acre (0.30 ha) ölçüsünə görə Bostondakı ən böyük tikililərdən biri idi. Əsasən kərpicdən ibarət olan bina arxa tərəfdə üç, qabaqda iki mərtəbədən ibarət idi. Qonaqları qarşılayan dəmir kranın üzərinə qoyulmuş mis əjdaha idi.[2][3]