Qrin kart (ing. Green card) — ABŞ-də bir kəsə daimi yaşamağa və işləməyə icazə verən sənəd.
ABŞ hazırda illik viza lotereyasını keçirir. Bu lotereya ölkəyə 1995-ci ildən bəri yarım milyon immiqrantın gəlməsi ilə nəticələnib. Ancaq prosesin gələcəyi şübhəlidir. Həm ABŞ Nümayəndələr Palatası, həm də Senat proqrama maliyyə vəsaiti ayrılmasının aradan qaldırılması haqda qərar qəbul edib. Amerika Birləşmiş Ştatlarında yaşamaq istəyən əcnəbi millətlər 2009-cu il Mühacir Viza proqramında iştirak etmək üçün onlayn üsulla müraciət ediblər. Ərizələrin doldurulmasının son tarixi dekabrın 2-si olub. Hər il Dövlət Departamenti proqramı "Green card" lotereyası adlanan 50 min daimi sakinlik vizası verir.
1990-cı ildə yaranan lotereya Birləşmiş Ştatlarda immiqrantlarının sayının az olan dövlətlərdən insanları ölkəyə gətirməyi nəzərdə tutur. ABŞ-də ziddiyyətlərə səbəb olan lotereya dünyada son dərəcə böyük populyarlığa malikdir. Keçən il çoxu Asiya və Afrikadan olmaqla müraciət edənlərin sayı 6,4 milyondan çox olub. Viza xidmətinin şöbəsinin rəhbərinin yardımçısı Toni Edson: "Konqres bu proqramı yaratmaqla ABŞ-də mühacir əhalinin tərkibini genişləndirməyə çalışıb. Proqram ABŞ-də mühacirlərinin sayı az olan ölkələrdən immiqrasiyalara icazə verməyi nəzərdə tutur."
Lotereya vizası üçün müraciət edənlərdən orta məktəb atestatı ya da kı 2 illik iş təcrübəsi tələb olunur. Ancaq müstəqil araşdırmalar institutu İmmiqrasiya Araşdırmaları Mərkəzindən Brian Qrifis bunun tutarlı tələb olmadığını deyir: "Tələb olunan sənədlər onların cəmiyyət üçün yaxşı şeylər etməsinə təminat vermir. Ölkədə bu yaşlarda yaxşı rəqabət olması üçün məktəb səviyyəsindən bir qədər yuxarı səviyyə tələb olunmalıdır." 2003-cü ildə Dövlət Departamentinin baş müfəttişi terrorizmi dəstəkləyən dövlətlərin əhalisinin bu lotereyada iştirakından narahatlığını bildirmişdi.
Proqram çərçivəsində 9800-ə yaxın insan Birləşmiş Ştatlara gəlib. Vaşinqton şəhər immiqrasiya vəkili Qlen Vasersteyn lotereya ilə gələn mühacirlərlə iş aparır. Onun sözlərinə görə, lotereyanın kömək etdiyi immiqrantlar kriminal və ya terrorçu deyil, onlar arzularla yaşayan adi insanlardır. Ancaq onlar bu şansları uzun müddət əldə edə bilməyəcək.
Nümayəndələr Palatası proqrama pul ayrılmasının ləğvini nəzərdə tutan qanun layihəsini qəbul etmişdi. Sentyabrda isə bu, Senatda da öz təsdiqini tapdı. İndi layihə nümayəndələr və senatorların komitə konfransında fikir ayrılıqlarının aradan qaldırılmasına hazırlaşır. Lotereya vizanı udanlar ölkəyə gələn immiqrantların kiçik bir hissəsidir. Daxili Təhlükəsizlik Nazirliyi bildirir ki, keçən il "Green Card" əldə etmiş 1.2 milyon mühacirin yalnız 3.5 faizi vizanı lotereyadan əldə edib. Mühacirlərin çoxu Birləşmiş Ştatlara ailə əlaqələri, iş sponsorluğu və ya qaçqın statusu ilə gəlirlər.