Kiçik qarağac (lat. Ulmus minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü.
Kiçik qarağac | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Kiçik qarağac |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qərbi Avropa, Kiçik Asiya, İranın şimalı, Rusiya, Qafqaz, Ukraynada bitir.
Hündürlüyü 30 m, diametri 1,5 m olan, yarpağı tökülən ağacdır. Yarpaqları dişli, uzunsov, əks-yumurtavaridir. Narıncı – qırmızı, balverici çiçəkləri çiçək yanlığı ilə dəstələrə yığılmışdır. Mart-apreldə, yarpaqlar açılanadək çiçəkləyir. Meyvələri may-iyunda yetişir. Toxumlarda, kök zoğları, kötük zoğları ilə çoxalır.
Qarışıq və enliyarpaqlı meşələrdə, çay vadilərində rast gəlinir. Dağlarda 1500 m-dək hündürlüyə qalxır. İşıqsevən, quraqlığa davamlı, şaxtaya davamsız bitkidir.
Böyük Qafqazda təbii halda yayılmışdır.
Bu növün oduncağı maşınqayırmada, dülgər işində və s. istifadə edilir. Meşələrdə çöl qoruyucu, eroziyaya qarşı, yaşıllaşdırmada, canlı hasarlarda istifadə etmək üçün yararlıdır.