Qross-Valsertal vadisi (alm. Großes Walsertal, Großwalsertal) — Avstriyanın Forarlberq federal torpaqlarında yerləşən vadi.
Vadinin adı Großes Walsertal (az. Böyük Valser vadisi) İsveçrənin Vale kantanu, Rona vadisindən gələn mühacirlərin adı ilə bağlıdır. Vadi artıq XIV əsrdən bu cür adlanır (alm.Walser)[1]. Valserlər Forarlberzne dairəsinə daxil olan torpaqların dörddə birində məskunlaşmışlar: onlar təkcə Qross-Valsertal vadisində deyil həm də Laterinsertal — Reyn vadisinin şərqi, Damyols, Brandnertal, Zilbertal vadisi və Klyan-Valsertal vadisində (az. kiçik Valser vadisi) də yayılmışlar.
Qross-Valsertal vadisi Şimali Əhəngdaşı Alpına daxildir. Qross-Valsertal vadisinin ən hündür dağları: Rote-Vand, Vraçenkopf, Misthaufen, Siterplapfen və Qamsfrayfayt. Vadi V-şəkillidir. Uzunluğu 25 km təşkil edir.
Qross-Valsertal vadisində 25 km məsafədə uzanır. Bu bölgədə 6 kənd yerləşir: Tyorinqerberq, Sankt-Qerold, Blons, Zonntaq, Fontanella və Raqqal[2].
Qross-Valsertal UNESCO tərəfindən biosfer təbiət qoruğu olaraq tanınır. YUNESKO-nun İnsan və Biosfer proqramı çərçivəsində yerli əsasda biosfer ehtiyatıdır. Qoruq əməkdaşları hər il marifləndirici və ekoloji tədbirlər «Wilden Walser Wege» (az. Valserin yabanı yoları) təşkil edirlər[3].
2004—cü ildən bəri vadidə Walserherbst[4] (az. Valzer payızı) festivalı keçirilir. Festival 2 ildən bir təşkil edilir. Festivalın proqramına müasir ədəbiyyat, kino, musiqi, teatr, sərgi və seminarlar daxildir. Festivalın şüarı "insan görüşlərinin sevincindən yeni fikirlərə açıqlıq" deməkdir. Bu şüar əbəs yerə seçilməmişdir. Çünki mədəniyyət mübadiləsi bir neçə yüz il əvvəl Valedən köç edən etnik qrupun müəyyən bir kompanentidir.