Qrossheym başlıqotu (lat. Scutellaria grossheimiana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin başlıqotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Populyasiyası təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın endemik növüdür. Regional IUCN Statusu - NT.
Qrossheym başlıqotu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qrossheym başlıqotu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Cənubi Qafqaz üçün endemik növdür.
Çoxillik ot bitkisidir. Gövdələri 18 sm-ə qədər hündürlükdədir. Yarpaqlar 5-20 mm uzunluğunda, 4-15 mm enində, enli üçkünc-yumurtavari, küt-lələkvaridilimli və ya lələkvari dilimli, 1-7 uzunsov və ya xətvari qanadlı və ya hər tərəfdən dilimli, üst tərəfdə yapışan tükcüklü, boz-yaşıl rəngli, alt tərəfdə uzun, ağ və ya boz tükcüklüdür. Çiçək qrupu sıx, 2,5-5 sm uzunluğunda; çiçəkaltlığının yarpaqları enli-yumurtavaridir, qısa itiləşmiş, yapışqan tükcüklü, kənardan uzun kirpikcikli, açıq-yaşıl və ya bir qədər al-qırmızıdır. Tac 2-3 sm uzunluğunda, sarıdır.
Çiçəkləmə, meyvə əmələgətirmə dövrü may-iyul aylarına təsadüf edir. Kserofitdir. Orta dağ qurşağında quru daşlı yamaclarda rast gəlinir.
Lənkəranın dağlıq hissəsidir (Lerik şəhərinin ətrafı).
Yeganə lokaliteti müşahidə olunur. Populyasiya azalma tendensiyasına meyillidir.
Antropogen təsirlər (tapdalanma) və iqlimdir.
Yayılma yerlərində mühafizə tədbirlərinin həyata keçirilməsi təklif olunur.