Qrosvenediger (alm. Großvenediger) — Avstriyanın dağlıq silsilələrindən olan Yüksək Tauern silsiləsinə daxil olan dağ. Venediger sıra dağlarının ən hündür zirvəsidir. Tirol və Zalsburq torpaqlarının sərhədində yerləşmişdir. Dağ hündürlüyünə görə Avstriyanın ən hündür dördüncü zirvəsidir. Dağ buzlaqlarla örtülmüş qneys piramidalarına bənzəyir. Zalsax və Drava çayları arasında yerləşmişdir. Dağ Yüksək Tauern milli parkının bir hissəsidir.
Qrosvenediger | |
---|---|
alm. Großvenediger | |
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Alp dağları |
Dağ silsiləsi | Yüksək Tauern |
Mütləq hündürlüyü | 3666[1] |
Nisbi hündürlüyü | 1197 m |
İlk fəthi |
1841-ci il (Yozef Şvab) |
Yerləşməsi | |
47°06′32″ şm. e. 12°20′47″ ş. u. | |
Ölkə | Avstriya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dağın zirvəsindən Tauernin ətrafyanı buzlaqlarını, Cənubi Tirolu, Severotirolu, Kisbyuxleri və Zaltsburq Alpını görmək mümkündür.
Dağın birinci adı Ştyutserkopf (alm. Stützerkopf olmuşdur. Lakin sonralar Qrosvenediger (alm. Großvenediger — "böyük venesiyalı") olaraq dəyişdirilmişdir. Mənbələrdə bu ada ilk dəfə 1797-ci ildə rast gəlinmişdir. Bu adın yaranmasının dəqiq tarixi naməlumdur. Ehtimal olunur ki, venesiyalı tacirlərin yolu bu dağdan keçirdi və onlar bu dağa belə bir ad qoymuşlar. Həmçinin başqa bir versiya da mövcuddur. Deyilənə görə, dağın zirvəsinə qalxan insanlar tərəfindən ilk olaraq Venesiya şəhəri görünmüşdür. Ancaq hal-hazırda bu versiya təkzib edilir.
Zirvələrin fəth edilməsinə dair cəhdlər XIX əsrdən etibarən başlamışdır. İlk olaraq 1800-cü ildə Qrosqlokkner zirvəsi fəth edilmişdir. 9 avqust 1828-ci ildə Qabsburq hersoqunun da yer aldığı 17 üzvdən ibarət olan ekspedisiya uçquna görə zirvəni fəth edə bilmədilər.
Dağ 3 sentyabr 1841-ci ilə qədər fəth edilməmiş olaraq qalırdı. Həmin tarixdə isə Yozef Şvabın (alm. Josef Schwab) rəhbərliyi altında qayalara dırmaşan idmançılar qrupu ilk dəfə dağın zirvəsinə qədər çata bildi. Onlar öz səyahətlərinə Noykirxen-am-Qrosfenediger yaşayış məntəqəsinin şimal yamacından və Zalsax çayının vadisindən başladılar. Zirvəyə qrupun 40 üzvündən yalnız 26-sı çata bildi. Qalan üzvləri isə yorğunluq səbəbindən bazaya qayıtdılar.
Dağ maqmatik mənşəlidir. Hertsin dağ əmələgəlməsi dövründə yaranmağa başlamışdır. Yaranmış olan Hertsin mənşəli qranitlər yalnız Qrosvenedigerdə və Almaniyada yerləşən Şvarsvaldedə aşkar olunmamışdır. Qranitoidlərdən Alp dağlarının formalaşması vaxtı intensiv deformasiya səbəbindən qneyslər formalaşmışdır. Onların yaşı 310 — 340 milyon il təşkil edir.[2]