Quşqonar qətliamı

Quşqonar qırğını (türk. Kuşkonar katliamı, kürd. Komkujiya Kuşkonar) və ya Quşqonar və Qoçağılı qırğını (türk. Kuşkonar ve Koçağılı katliamı) — Türkiyə Silahlı Qüvvələrinin 26 mart 1994-cü il tarixində Şırnak ilinin QuşqonarQoçağılı kəndlərini məhv etməsi, Türkiyə vətəndaşı olan 38 kürd kəndçinin öldürməsinə verilən ad.[1][2]

Quşqonar qətliamı
Ümumi məlumatlar
Yeri Quşqonar və Qocağılı, Şırnak ili, Türkiyə
Hücumun hədəfi Mülki kürdlər
Tarix
  • 26 mart 1994
  • 10:30–11:00
Hücum metodu bombardman, kütləvi qətl, qırğın
Ölü sayı 38
Yaralı sayı 13
Törədən(lər) Türkiyə Hərbi Hava Qüvvələri

Türkiyə məhkəməsi hadisəni PKK qüvvələrinin törətdiyi iddiasını qəbul etmişdir, ancaq bu qərar məhkəməyə müraciət edən zərərçəkənlərin ailələrini qane etməmişdi.[3] Onlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdilər və təhqiqlər onu aşkar etdi ki, Türkiyə hökumətinin iddialarına baxmayaraq, ərazidə silahlı atışma gerçəkləşməmişdir.[4] Türkiyə kürd əsilli mülki vətəndaşları öldürdüyünə görə qınanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi Türkiyə hökumətinə əmr vermişdir ki, zərərçəkənlərin ailələrinə 2.300.000 avro ödəsin.[5][6]

Hadisə 26 mart 1994-cü ildə, səhər vaxtlarında, Türkiyənin Şırnak ilinin QuşqonarQoçağılı kəndlərində gerçəkləşmişdir. Bu zaman kəndin kişi sakinlərinin əksəriyyəti kəndin kənarında yerləşən tarlalarda işləyirdi. Kəndçilər saat 10:30 və 11:00 radələrində təyyarələrin yaxınlarda uçduğunu eşidirlər. Türkiyə Hərbi Hava Qüvvələrinin hərbi təyyarələri və helikopterləri hər iki kəndin ətrafında fırlanırlar, daha sonra isə onları bombalamağa başlayırlar. Bombaları görən kəndçilər bombardmandan qaçmağa çalışırlar, ancaq helikopterlərdən açılan pulemyot atəşləri onlara qaçmağa qoymur. Bəzi insanlar birbaşa atəşdən zərər çəkdilər, bəziləri isə bombardman nəticədinsə dağıdılmış evlərin xarabalıqları altında qalırlar.[5]

Bombardmanın nəticəsində 38 nəfər həlak olur. Onlardan 13-ü Qoçağılı, 25-i isə Quşqonar kəndlərindən olur. Həlak olanların 7-si körpə olmaqla, çoxu uşaqlar, qadınlar və qocalardan ibarət idi. Əlavə olaraq, cəmi 13 nəfər yaralanır. Türkiyə Silahlı Qüvvələri qırğını daha sonra Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqələndirdi və hadisəni propaqanda kimi istifadə etdi. Hökumət həmçinin, sağ qalmış kəndçilər və onların qphumlarının şikayətlərinə baxmayaraq, təhqiqat aparmaq təklifini rədd etdi.[7]

  1. "AVUKAT ELÇİ YORUMLUYOR: Kuşkonar Katliamını Askeri Savcılığın Soruşturması Doğru mu?". Bianet.org (türk). October 14, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 5, 2019.
  2. "Roboski 100 weeks of injustice" (ingilis). October 14, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 5, 2019.
  3. ""Kuşkonar Bombardment" Case Dismissed". Bianet.com (ingilis). August 20, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 5, 2019.
  4. "Kürt köylerini yok edenler yargılanacak mı?". Al-Monitor (türk). April 1, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 5, 2019.
  5. 1 2 "The European Court of Human Rights: Case of Benzer and others v. Turkey" (PDF) (ingilis) (Mass execution of Kurdish villagers). March 24, 2014: 57. June 3, 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: August 5, 2019.
  6. "Hürriyet Daily News". Hürriyet (ingilis). October 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 5, 2019.
  7. "HÜLYA DİNÇER YAZDI: Hakikatin Gücü, Barışmanın İmkânı". Bianet (ingilis). March 27, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 5, 2019.