Şimali İranda, Gilan, Mazandaran, Xəzər dənizinin cənub sahili boyunca yayılmışdır. Qazıntı halında Naxçıvanın alt və ya orta miosen çöküntülərindən məlumdur.
Şabalıdyarpaq palıd | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Şabalıdyarpaq palıd |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Hündürlüyü 40-45 m-ə, gövdəsinin diametri 100-150 sm-ə çatan, çadırabənzər və ya enli-piramidal çətirlidir. Budaqların qabığı boz, gövdənin qabığı isə tünd-boz, uzununa dərin çatlıdır. Zoğları sıx tüklü, tumurcuqları xırda və yumurtavari olub, ucları sivridir. Yarpaqları töküləndir. Yarpağın uzunluğu 19-20 sm, eni 4-8 sm olub, kənarı dişli və ya dilimli, səthi dərivaridir. Üst tərəfi parlaq, tünd yaşıl rəngli, çılpaq, alt tərəfi isə açıq yaşıl rəngli, keçəşəkilli, tüklüdür. Damarları 9-13 cütdür. Çiçəkləri bircinslidir. Erkək çiçəklərin uzunluğu 10 sm-ə qədər olub, sallanmış sırğalarda tək-tək yerləşir. Dişi çiçəkləri 2-3-ü bir yerdə olmaqla saplaq üzərində dəstələrlə yerləşir. Saplağın üzəri sıx tükcüklü, 10 sm uzunluqdadır. Çiçəkyanlığı 4-7 dilimli, erkəkciyi 4-12 ədəddir. Aprel-may aylarında çiçəkləyir, külək vasitəsilə tozlanır. Meyvəsi ləpəli qozadır. Qozası 2,5-3,5 sm uzunluqda olub, uzunsov, tərs-ovalşəkilli, ellips və ya neştərvari, qaidəyə yaxın hissəsi pazaoxşar, yumrulaşmış və ya bir az ürəkvaridir. Qozalar sentyabr-oktyabr aylarında yetişir.
İsti, işıqsevən, torpağın münbitliyinə çox tələbkar, şaxtaya, quraqlığa az davamlıdır.
İsmayıllı, Yalama, Quba, Tərtər, Şəmkir, Şamaxı, Bərdə rayonlarında, Talış zonasında təsadüf edilir. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir.
Tək əkinlərdə, mebel sənayesində istifadəsi məqsədyönlüdür. Qozasında nişasta, qabığında və yarpaqlarında aşı maddələri, tanninlər vardır.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov