Şimali Amerika, İspaniya, Türkiyədə-Ağ, Mərmərə və Egey dənizləri ətrafı ərazilərdə rast gəlinir. Bu palıd növü budaqlarında fırlar əmələ gətirən mənənələrin (Coecus ilicus) sahib bitkisidir və növün adı bununla əlaqədar adlandırılıb. 1683-cü ildən mədəni şəraitdə becərilir.
Qırmızı palıd | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qırmızı palıd |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hamar, boz qabıqlı, yığcam, sıx, dik gövdəli həmişəyaşıl koldur. Yarpaqların uzunluğu 1,5-3,5 sm və eni 0,6-2 sm, oval, ellipsvari və ya uzunsov-yumurtavari, ucu biz və ya ucu yumru, bünövrəsi yumru və ya ürəkvari, kənarları dalğalı, hər tərəfdən 4-6 cüt bizvari dişli, cod, dərili, üstü çılpaq, parlaq, tünd yaşıl, alt tərəfi daha açıq, çılpaq və ya damarcıqların künclərində zəif tükcüklüdür. Saplaqları möhkəm və çox qısadır. Budaqları çoxsaylı, boz, hamar, yaşlandıqda çatlayan qabıqla örtülmüşdür. Zoğları sarımtıl-boz, çılpaqdır. Tumurcuqları 3-4 mm uzun-luğunda, çılpaq və ya tüklüdür. Qozaların uzunluğu 1,5-2,5 sm, yumurtavari və ya uzunsov-yumurtavari, ucu biz, açıq qonur, tünd zolaqlı, tək və ya cüt, möhkəm, çoxiynəli kasacıqlı olub, ümumi saplaqda yerləşir. Örtüyü qozanı yarısınadək və ya onun uzunluğunun üçdə iki hissəsinədək örtür. Üzəri nazik, uzun, çox vaxt əyilmiş, iynəli pulcuqlarla örtülmüşdür. Mayda çiçəkləyir. Meyvələri sapsız, xırda, konusvari qozalardır, II il yetişir.
-200C-dək şaxtaya davamlıdır. Rütubətli yerlərdə yaxşı bitir.
Cənub zonasında və ya şimal rayonlarında konteynerdə becərilir. Abşeronda yaşıllaşdırmada rast gəlinir.
Çox dekorativdir. Hamar, yaşıl yarpaqları payızda qırmızı rəng alır. Qabığından boya sənayesində istifadə olunurdu.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov