Qulam Əkbər oğlu Qədirov (27 noyabr 1972, Yeni Daşkənd, Bərdə rayonu[1] – 19 yanvar 1994, Yanşaq, Kəlbəcər rayonu) — Qarabağ müharibəsi döyüşçüsü, şəhid.
Qədirоv Qulam | |
---|---|
Qədirоv Qulam Əkbər оğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 noyabr 1972 |
Doğum yeri | |
Vəfat tarixi | 19 yanvar 1994 (21 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Qədirоv Əkbər |
Anası | Reyvə Mustafa qızı |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1991-1994 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
Qulam Qədirov 27 noyabr 1972-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1990-cı ildə Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir.[2]
1990–1991-ci illərdə Özbəkistanın Çirçik şəhərində Sovet Ordusunda xidmət etmişdir. Bərdə rayon Hərbi Komisarlığı tərəfindən 10 may 1991-ci ildə Milli Orduya çağırılmışdır.[3]
1993-cü ilin oktyabrına qədər 703 saylı hərbi hissədə xidmət etmişdir. Xüsusən Ağdərə döyüşlərində qumbaraatan kimi fəallıq göstərmişdir. Bundan sonra isə Qulam Qədirov 701 saylı hərbi hissənin 5-ci Bərdə taborunun qumbaraatanı və avtomatçısı kimi Ağdərə, Laçın, Kəlbəcər rayonlarındakı qanlı döyüşlərin iştirakçısı olmuşdur.[4][5]
19 yanvar 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində gedən döyüşdə şəhid olmuşdur.[6]
Qulam Qədirov 20 yanvar 1994-cü ildə doğulduğu Yeni Daşkənd kəndində dəfn olunmuşdur.
25 noyabr 2022-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində Qulam Əkbər oğlu Qədirovun 50 illik yubileyi keçirilmişdir.[7]