Qulamhüseyn Sultanlı

Qulamhüseyn İsgəndər oğlu Sultanlı - Görkəmli Azərbaycan elm xadimi, Azərbaycanda arıçılıqla bağlı bir çox elmi kitab və məqalələlərin müəllifidir. Qulamhüseyn Sultanlı 1 iyul 1934-ci ildə Saatli rayonunun Xanlarkənd kəndində anadan olmuşdur. O, 1954-ci ildə Şamaxı Zoobaytarlıq Texnikumun baytarlıq şöbəsini Fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cı ildə isə akademik K. Q. Skryabin adına Moskva Baytarlıq Akademiyasının baytarlıq fakultəsini bitirərək baytar həkim ixtisasına yiyələnmişdir.

Qulamhüseyn Sultanlı
Qulamhüseyn İsgəndər oğlu Sultanlı
Doğum tarixi
Doğum yeri Saatlı
Milliyyəti Azərbaycanlı
Elm sahəsi Arıçılıq
Elmi dərəcəsi Biologiya üzrə fəlsəfə doktoru
Elmi adı Baş elmi işçi
İş yeri Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu
Təhsili Ali
Elmi rəhbəri Professor Nazarov S.S.
Mükafatları Əmək Veterani, Tərəqqi

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Qulamhüseyn Sultanlı 1972-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Elmi Şurasında dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1963 ildən 1993-cü ilə qədər Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda arı xəstəliklərini öyrənən şöbədə məsul vəzifələrdə çalışmışdır. Arıçılıqla bağlı bir çox kitabları dərc olunmuşdur. 2011-ci ildə Tərəqqi medalı ilə təltif edilmişdir[1]

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Arıçılıq haqqında söhbətlər , 1980 il., 120 səh.
  • Arıçının məlumat kitabı , Azərnəşr; 1990 il., 136 səh.
  • Arı xəstəlikləri və onlarla mübarizə , 1999 il., 168 səh.
  • Arıçılıq , 2001 il., 332 səh.
  • Arıçılıq.. 2003 il., 350 səh.
  • Bal arıları aləmində , 2007 il., 360 səh.
  • Arı xəstəlikləri və Ziyanvericiləri. 2008 il, 184 səh.
  • Rusca - Azərbaycanca arıçılıq terminləri lüğəti. 2010 il., 132 səh.
  • Bal arıları aləmində (təkmilləşdirilmiş nəşr) . 2011 il., 420 səh.
  • Arıçılarla masa arxasında. 2011 il., 116 səh.
  • Başlıca arı xəstəliklərinin diaqnostikasına dair metodik vəsait. 2011 il, 70 səh.
  • Azərbaycanda bal arılarının varroatozuna qarşı mübarizə tədbirləri. 2013 il.
  • Arı xəstəlikləri və onlarla mübarizəyə dair tövsiyələr kitabçası, 1980 il.
  • Azərbaycan Arıçılıq Ensiklopediyası, 2017 il, 465 səh.