Ayatollah Qulamrza Həsəni (fars. غلامرضا حسنی; 30 avqust 1928, Urmiya – 21 may 2018) — Şiə İslam teoloqu.
Qulamrza Həsəni | |
---|---|
Doğum tarixi | 30 avqust 1928 |
Doğum yeri | |
Vəfat tarixi | 21 may 2018 (89 yaşında) |
Təhsili |
|
Fəaliyyəti | vaiz[d] |
Fəaliyyət illəri | 1955-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Sərt İslamın nümayəndəsi hesab olunur. Daha çox Urmiya şəhərində apardığı namaz və şəriət prinsiplərinə görə şöhrəti qazanmışdır.
1928-cı ilin avqust ayının 30-da Iranın Urmiya şəhərində dünyaya gələn Qulamrza Həsəni hələ ondörd yaşında ikən atasını itirmiş və onun təhsili ilə anası məşğul olmuşdur. Balaca Həsəni hələ onbeş yaşına çatmamış Quranı əzbərləmişdi. Urmiya'də İslam dini dərslərini 250 tələbə arasında ən yaxşı birinci şagird bitirmişdir.
Qulmriza Həsəni həyatının ilk illərindən çoxlu çətinliklərin, siyasi təzyiqlərin şahidi olmuşdur. Cihadçı Alimləri Hərəkətinin rəhbərlik etdiyi Ruhullah Musəvi Xomeyni təşkilatına üzv olması onun dəfələrlə həbsə düşməsinə səbəb oldu.
Həsəni 1979-cu ildə Cümə namazı Imam oldu və bu vəzifədə 2014-nci ilə qədər qaldı. Həsəni eyni zamanda Urmiya'də Islam mərkəzinin müdiridir. 2013-cü il də "Iran birinci qəhrəmanlıq medalı" mükafatına layiq görüldü.
Qulmriza Həsəni böyük alimlərdən sayılır və Anti-Sünni Fitvaları, siyasi çıxışları və Xilafətə toxunumaları müsəlmanlar arasında şöhrətinə səbəb olub.
Həsəniyə şöhrət gətirən digər bir səbəb də İraqa qarşı 1980-1988 cihadı dəstəkləyən Həsəni Səddam Hüseyn işğalına qarşı bütün islami hərəkatların mübarizəsini də haqlı sayır.
İslam aləmində Həsəni haqqında müxtəlif mülahizələr mövcuddur. Bəziləri onun fiqhə dair fikirlərinin Sünni İslam fiqhi kitabları ilə ziddiyyət təşkil etdiyini söyləyir. Həsəninin görüşlərinin İslam birlix hərəkətinə uyğun gəlmədiyini iddia edənlər onun bəlli bir siyasi metoddan çıxış etmədiyini də irəli sürərək onun dini mətnlərə və fiqhi əsaslara deyil, şəxsi rəyinə uyğun hərəkət etdiyini söyləyirlər. Həsəni ilə bağlı bu tip qiymətləndirmənin onun elm sferasından daha çox siyasi arenada ön plana çıxmasından qaynaqlandığı bildirilir. Belə ki, Şeyx öhdəsində çox mühüm bir məsuliyyəti olan imamlıxda, müsəlmanları iki qola ayrmışdı. Ancaq, Həsənini müdafi edənlər onu dəstəkləyir, alimin fiqhi görüşlərinin tam şəkildə islam tarixi və imamət ilə eyniyyət təşkil etdiyini bildirirlər. Bu səbəbdən onun islam tarixi və ictihad metodologiyası sferasındakı dərin biliyi ilə metodologiyaya uyğun fiqhi görüşlərə malik olduğu qeyd edilir.
Sünni və Kürd alimlərinə görə, Həsəni bəzi zəif hədislərdən dəlil kimi istifadə edir, Abu-Bakir, Ömər və Osmannın müsəlman olduxlarını qəbul etmir. Icmaya qarşı çıxır. Bu iddiaya Türk şeyxləri də qoşulur və onun bazi qaydalar icad etdiyini irəli sürürlər.
Onlar Sufilix məsələsində Həsəninin əşari qəbul etməyən fitvalarını tənqid edirlər.
Iran Azərbaycanı Alimləri Birliyi təşkilatının sədri Həsəni 1991'də Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri'ile qörüşmuş və onun və Əbülfəz Elçibəyi iki tağut oldub və böyük günahları icra etdixləri, insanlığa qarşı və İslamla zərrə qədər də olsun bağlılıxları olmadığını deyib. Həsəni deyib ki, Azərbaycan inqilabı Allahın lütfü ilə 50 ildə müvəffəqiyətlə nəticələnəcəxdir. "Əbülfəz xəstədir. Böyüklük kompleksi ilə özünü filosof hesab edir. Allaha and içirəm ki, Bakı inqilabı zəfər qazanacaq. İnqilabçılar müqavimət göstərəcək və Azərbaycandakı rejimin sonu Irandaki rejimin sonu kimi olacaq".