Qulançarçiçəklilər

Qulançarçiçəklilər (lat. Asparagales) — bitkilər aləminə aid bitki dəstəsi.

Qulançarçiçəklilər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Sıraya daxil olan növ sayı bütün birləpəlilərin təxminən 50%-ni, çiçəkli bitkilərin isə 10–15%-ni təşkil edir.

Dəstədəki növlərin əksəriyyəti hündürlüyü 15 santimetrdən çox olmayan ot bitkiləri olsa da, onlar arasında dırmaşan növlər (məsələn, qulançarın bəzi növləri), eləcə də ağac əmələ gətirən, hündürülüyü 10 metrə çata bilən bir neçə cins (məs. aqava, yukka, drasena, əzvay) də var. Bir neçə fəsilədə sukkulent cins (məs. Əzvay) mövcuddur.