Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlinin Daşkənddə Azərbaycan şair və yazıçılarının özbək diliinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı
Qulu Kəngərli 1990-cı il 20 yanvar faciəsindən sonra "Şəhidlər","Şəhidlər-2" bukletlərini hazırlayıb və çap etdirib. 1991-ci ildə Azərbaycan və rus dillərində "Qara yanvar şəhidləri" kitabı çap edilib və böyük populyarlıq qazanıb.[1]
Bundan sonra "Erməni lobbisi:Azərbaycan faciəsi", "Qanlı şənbəyə gedən yol" kitabları çap olunub. 1991-ci ildə onun ssenarisi əsasında 20 yanvar faciəsindən bəhs edən "Bakıda insan ovu" sənədli filmi çəkilib.
Özbəkistanda yaşadığı ilk günlərdən azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar materiallar yazıb və Daşkənddə onun ssenarisi ilə "Sürgün" sənədli filmi çəkilib. Orta Asiyada yaşayan tanınmış azərbaycanlıların həyatı və fəaliyyəti ilə bağlı kitab isə hazırdır və çapını gözləyir.
Hazırda "Sürgün" kitabı üzərində işləyir.
Son 10 ildə Azərbaycan yazıçı və şairlərinin, alimlərin kitablarını özbək dilinə tərcümə etdirib və çap olunub.
Çap edilən kitablar:
Professor Əli Həsənovun "Geosiyasət" kitabı-(2016) -Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və AZƏRTAC-ın biirgə layihəsi
Professor Əli Həsənovun "Azərbaaycanlılara qarşı etnik təmizləmə və milli qırğın siyasəti, Xocalı faciəsi"-(2017) AMM ilə AZƏRTAC-ın birgə layihəsi
Sabir Rüstəmxanlının "Göy tanrı" romanı-(2010)
Anarın "Mən, sən, o və telefon"-(2016)
"Qırmızı limuzin" –kitabları (2012)
Yunus Oğuzun "Əmir Teymur"-(2013)
"Şah arvadı və cadugər"-(2015)
"Sultan Alpa Arslan"-(2016)
"Atabəy Eldəniz"-(2018) romanları
"20-ci əsr Azərbaycan poeziyası antologiyası" kitabı, Babaxan Şəriflə birgə -(2013)
"Müasir Azərbaycan poeziyası antologiyası" –(2016) -AMM ilə birgə
"Ömürdən uzun gecə"-(2014) Azərbaycan yazıçılarının hekayələr toplusu — AMM ilə birgə
Vaqif Sultanlının povest və hekayələr kitabı –(2017)
Sona Vəliyeva "Dünya gözlərimdə çəhrayı rəngdə" şerlər toplusu (2018), AMM ilə birgə.
Daşkəndəki "Jahon adabiyyati" jurnalında və digər ədəbi topluu və qəzetlərdə müntəzəm olaraq Azərbaycanın şair və yazıçılarının əsərlərini çap etdirib.
Qulu Kəngərli Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatı haqqında Orta Asiya ölkələrinin mətbuatında müntəzəm olaraq çıxış edir.
Qulu Kəngərli əmək fəaliyyətinə Azərbaycan Dövlət Radiosunda başlamış, 15 il ərzində burada kiçik redaktor, redaktor, şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışmışdır.