Qumlu yovşan

Qumlu yovşan (lat. Artemisia arenaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.

Qumlu yovşan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Balkan yarımadasında, Azov və Qara dəniz sahillərində, Qərbi Qafqazda çöllərdə, qumluqlarda bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 20-100 sm-ə çatan yarımkoldur. Gövdələri bünövrəsində oduncaqlı, vegetativ zoğları qısadır. Yarpaqları yaşıl, bir az ətli, təxminən çılpaq, uc hissələrdə ensiz seqmentlərə bölünmüşdür. Alt yarpaqları uzun saplaqlı, digərləri oturaqdır. Səbətləri yumurtavari oturaq olub, şaxələnmiş süpürgəyə yığılmışdır. Yarpaqların uc hissələri lansetvari-xətvari və ya xətvari formalı bölünmüş, uzunluğu 10-15 mm, eni 1 mm-dir. Səbətləri xırda, uzunluğu 3 mm, eni 2 mm-dir. İyul-avqustda çiçəkləyir.

İstiyə, soyuğa, küləyə davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz və Kiçik Qafqazda, Lənkəranda orta dağ qurşaqlarında, quru torpaqlarda rast gəlinir.

Təbabətdə yovşanın cavan yarpaqlarından alınan həlimdən qaşınmada və dərinin irinli xəstəliklərində istifadə edilir.