Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 0 saniyə əvvəl Redivy (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Qumru Teymurova | |
---|---|
Doğum tarixi | 24 dekabr 1920 (103 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | həkim, Endokrinologiya |
Mükafatları |
Teymurova Qumru Teymur qızı (24 dekabr 1920, Şuşa) — Tibb xidməti podpolkovniki, hərbi həkim, İkinci dünya müharibəsi iştirakçısı.[1]
Qumru Teymurova 1920-ci il dekabrın 24-də Azərbaycanın Şuşa şəhərində doğulub. Birinci Leninqrad Dövlət Tibb İnstitutunun hərbi-dəniz tibb fakültəsinə qəbul olub, 5 illik tibb təhsili alıb.
Müharibə vaxtı Qumru Teymurova hərbi kommissarlığa ərizə ilə müraciət edib. Onu Hərbi-Dəniz donanmasına göndərdilər.
Qızılbayraqlı Xəzər hərbi-Dəniz Donanmasında xidmət etməyi təklif etdilər. Burada bir qədər işləyəndən sonra onu bir qrup həkimlə Qorki şəhərində yola saldılar. Burada o, hərbi qospitalda xidmətini davam etdirdi. Hərbi qospital Həştərxana köçürülür. Burda Qumru xanlm komandalığın əmri ilə sualtı qayıqlar divizyasına həkim təyin olunurdu.
"Döyüş xidmətlərinə görə", Qafqazın müdafiəsinə görə" və s. medallarla təltif olunub.
Müharibədən sonra Q. Teymurova Qırmızı Bayraqlı Xəzər Donanmasının tibb müəssisələrində xidmətin davam etdirmiş, 1951-ci ildən Azərbaycanın hərbi komissarlığında xidmət göstərməyə başlamışdır.
1967-ci ildə ordudan buraxılandan sonra o, 1979-cu ilədək, yəni ömrünün axırınacan Mərkəzi hövzə polikinikasında endokrinoloq həkim işləmişdir.
"Döyüş xidmətlərinə görə" medalı
"Qafqazın müdafiəsinə görə" medalı