Quqllamaq

Quqllamaq (ing. To google) — internetdə məlumat tapmaqdan ötürü Google axtarış sistemindən istifadə etməyi izah edən neologizm[1] fel.[2] Sadəcə Google-də deyil, digər axtarış sistemlərində axtarış apararkən bu sözdən istifadə oluna bilər.[3] Adını məşhur axtarış sistemi və şirkət olan Google-dən alan söz ABŞ Dialekt Dərnəyi tərəfindən "2002-ci ilin ən faydalı sözü" seçilmişdir.[4] 15 iyun 2006-cı ildə rəsmi olaraq Oksford İngiliscə Lüğətinə və iyun 2006-cı ildə Merriam-Uebster Universitet Lüğətinin 11-ci nəşrinə daxil edilmişdir.[5][6]

Bu sözdən ilk dəfə fel kimi 8 iyun 1998-ci ildə Google-nin qurucularından biri Larri Peyc tərəfindən bir e-poçt məktubunda istifadə edilmişdir.[7] Marka dəyərinin düşməsindən və marka adının məhsul adına çevrilməsindən ehtiyatlanan Google adının "ümumi internet axtarışları" mənasında istifadə edilməsini dəstəkləmir. Buna görə də 23 fevral 2003-cü ildə şirkət yeni sözləri təqib edən Word Spy saytının yaradıcı Pol Makfidresə xəbərdarlıq məktubu göndərmişdir.[8][9]"Washington Post" qəzetindəki bir məqaləsində Frank Arends bir Google vəkilindən aldığı və "Quqllamaq" felinin düzgün istifadəsindən bəhs edən məktubu ələ almışdır. Bu narahatlığa görə Merriam Uebster Universitet Lüğətinin lüğət yazıçıları felin ilk hərfini kiçiltmişdir. Lakin Oksford İngiliscə Lüğətinin tərtibçiləri belə addım atmamışlar.

Google 25 oktyabr 2006-cı ildə xalqa açıq etiraz yayımlayaraq "Google" sözünün yalnızca Google Inc. və xidmətlərindən bəhs edilərkən istifadə edilməsini istəmişdir.

  1. Burns, Enid. "Top 10 Search Providers, April 2007". SearchEngineWatch.com. June 19, 2007. 2008-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-08-11.
  2. "Google - Definition and More from the Free Merriam-Webster Dictionary". Merriam-webster.com. 2012-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-19.
  3. "How Google Became a Verb". The Lingua File - The Language Blog. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-22.
  4. "2002 Words of the Year". American Dialect Society. January 13, 2003. 2006-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-08-11.
  5. Harris, Scott D. "Dictionary adds verb: to google Arxivləşdirilib 2006-07-15 at the Wayback Machine." San Jose Mercury News. July 7, 2006. Retrieved on July 7, 2006.
  6. Bylund, Anders. "To Google or Not to Google Arxivləşdirilib 2011-12-06 at the Wayback Machine." The Motley Fool. July 5, 2006. Retrieved on March 28, 2007.
  7. Page, Larry. "Google Search Engine: New Features". Google Friends Mailing List. July 8, 1998. 1999-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-08-06.
  8. McFedries, Paul. "Google trademark concerns". American Dialect Society Mailing List. February 23, 2003. 2014-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-08-11.
  9. Duffy, Jonathan. "Google calls in the 'language police' Arxivləşdirilib 2012-06-29[Timestamp length] at Archive.today." BBC News. June 20, 2003. Retrieved on July 7, 2006.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]