Birmingem Quran əlyazması, Quranın erkən əlyazmalarından olub 2 yarpağının yazıldığı bir vərəq həcmində perqamentdən hazırlanmış nüsxəsidir. 2015-ci ildə Birmingem Universitetində saxlanılan əlyazma[1] eramızın 568–645-ci illərinə aiddir.[2][3] O, universitetin Cadbury Araşdırma Kitabxanası tərəfindən saxlanılan Yaxın Şərq əlyazmalarının Minqana Kolleksiyasının bir hissəsidir.[2]
Əlyazma ərəb hicazi qrafikası ilə perqament üzərində mürəkkəblə yazılmışdır və hələ də aydın oxunur.[3] Səhifələrsə 18-ci (Kəhf) və 20-ci (Taha) surələrinin ayələri qorunur.[4] Əlyazma 2015-ci ildə Birminhem Universitetində, sonra isə 5 avqust 2016-cı ilə qədər Birminhem Muzeyi və İncəsənət Qalereyasında nümayiş etdirilib[5] Cadbury Araşdırma Kitabxanası əlyazmanın multispektral analizini və mürəkkəblərin XRF analizini həyata keçirib.[6]